Biznes

Azərbaycanda yeni KOB dostları - FƏALİYYƏTƏ BAŞLAYACAQ

Azərbaycanda yeni KOB dostları - FƏALİYYƏTƏ BAŞLAYACAQ | FED.az
16:01 29 Yan 2020

2019-cu ildə ölkənin 10 şəhər və rayonunda Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) KOB dostları fəaliyyətə başlayıb.

Eləcə də bax: Kürdəmirdə "KOB Dostu" - FƏALİYYƏTƏ BAŞLAYIB

FED.az KOBİA-ya istinadən verdiyi məlumata görə, hazırda KOBİA-nın sahibkarlara əsas dəstək mexanizmlərindən olan KOB dostlarının sayı 21-dir.

KOB dostları tərəfindən ötən il KOB-ların qarşılaşdığı məsələlərin və təkliflərinin dövlət-sahibkar əməkdaşlıq platformasında müzakirə edilməsi üçün 14 şəhər və rayonda 34 görüş keçirilib, 450-yə yaxın səyyar xidmət təşkil olunub.

Ötən il Agentliyə “KOB Dostu” şəbəkəsi vasitəsilə 1 500-dən çox müraciət daxil olub. Bu müraciətlərin 34%-i maliyyə resurslarına çıxış, 33%-i hüquqi yardım və məsləhət xidmətlərinin göstərilməsi, 18%-i hüquqların müdafiəsi, 15%-i isə maarifləndirmə məsələlərini əhatə edib. Müraciətlərlə bağlı aidiyyəti dövlət qurumlari ilə birlikdə müvafiq tədbirlər görülüb.

2020-ci ildə “KOB Dostu” şəbəkəsinin genişləndirilməsi və ölkənin daha bir neçə şəhər və rayonunda KOB dostlarının fəaliyyətə başlaması nəzərdə tutulur.

Qeyd edək ki, 2018-ci ildən etibarən formalaşmaqda olan “KOB Dostu” şəbəkəsi tərəfindən KOB-lara biznesin qurulması, mövcud sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, potensial investisiya layihələrinin müəyyənləşdirilməsi və KOB-lar vasitəsilə həyata keçirilməsi, KOB-ların maraqlarının müdafiəsi, dövlət dəstək mexanizmləri barədə maarifləndirmə və digər istiqamətlərdə dəstək və xidmətlər göstərilir.

Digər xəbərlər