"Caspian Galaxy" şirkəti Azərbaycanda "Bakı", "Azəri", "Şirvan", "Freedom" və "Astra" markalarının Azərbaycanda siqaret markaları kimi qeydiyyatdan keçirib. FED.az xəbər verir ki, bu barədə Patent və Əmtəə Nişanları Mərkəzi bildirir.
Bu tütün məmulatları istehsal ediləcəyi yer hələ bilinmir. Keçən il "Caspian Galaxy" MMC "AFB Bank" da kredit xətti əldə edib. Şirkət qeyri-ərzaq mallarınının satışı ilə məşğul olur və ölkənin 9 bölgəsində satış nöqtələrinə malikdir."Caspian Galaxy" MMC 2011-ci ildə Vüqar Hüseynov tərəfindən təsis edilib. Şirkət böyük vergi ödəyicisi sayılır və Vergilər Nazirliyinin Milli Gəlirlər Departamentində uçotdadır.
© Turan