Banner

Biznes

Azərbaycandakı “McDonalds”lar üçün çörək - Gürcüstandan Gətiriləcək

Azərbaycandakı “McDonalds”lar üçün çörək - Gürcüstandan Gətiriləcək | FED.az
12:04 27 Yan 2021

Tbilisidə ABŞ-ın “McDonalds” şirkəti üçün yeni müasir çörək məmulatları zavodu inşa olunacaq.

Eləcə də bax: Bu ölkədə "McDonalds"ların - FƏALİYYƏTİ DAYANDIRILIB

FED.az xəbər verir ki, bu barədə “McDonalds Gürcüstan” şirkətinin təsisçisi, biznesmen Temur Çkoniya “Formula” telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, müəssisə gələn ayın sonunda və ya martın əvvəlində açılacaq: “Dünyada “McDonalds”a məxsus dördüncü olacaq zavoda təqribən 6 milyon avro investisiya qoyulacaq”.

İş adamı istehsal olunacaq məhsulun ixraca yönəldiləcəyini qeyd edib: “Məhsul ilk növbədə “McDonalds”ın 22 restoranının olduğu Azərbaycana ixrac olunacaq. Məmulatların Rusiyanın cənub hissəsinə də çatdırılması mümkündür”. (Report)

Banner

Digər xəbərlər