Banner

Biznes

Azərbaycanın məşhur şərab şirkətinin – QAZANCI MƏLUM OLDU - HESABAT

Azərbaycanın məşhur şərab şirkətinin – QAZANCI MƏLUM OLDU - HESABAT | FED.az
09:57 3 İyun 2020

Azərbaycanın tanınmış şərab istehsalıçısı olan “Gəncə Şərab– 2” ASC 2019-cu il maliyyə hesabatlarını açıqlayıb.

Eləcə də bax: Şərabların adına görə dövlət rüsumları - LƏĞV EDİLİR

FED.az xəbər verir ki, şirkətin əsas əməliyyat gəliri 16 milyon 921 min manat (23,5% və ya 4 milyon manat artım) olub. Şirkətin satışının maya dəyəri 13 milyon 477 min manat (21,1% və ya 2,8 milyon manat artım) olub.

Şərab şirkətinin sair əməliyyat gəliri 33,1 min manat (67,3% və ya 13,3 min manat artım), sair əməliyyat xərci 60 min manat (2,3% və ya 1,4 min manat azalma) olub.

 

“Gəncə  Şərab – 2” ASC 2019-cu ildə valyutalararası kurs fərqindən yaranan gəliri 51 min manat, xərci 69,4 min manat olub. Şirkət kurs fərqinə görə 18,4 min manat zərər edib.

Xatırladaq ki, şirkət 2018-ci ildə kurs fərqindən yaranan gəliri 205,1 min manat, xərci 238,3 min manat olmuşdu. Şirkət 2018-ci ildə kurs fərqinə görə 33,2 min manat zərər etmişdi.

“Gəncə  Şərab – 2” ASC, nəhayət, 706,9 min manat mənfəət vergisi ödədikdən sonra 2019-cu ili 2 milyon 828 min manat mənfəətlə başa vurub. Şirkətin mənfəəti 42,5 % və ya 843,2 min manat artıb. 

Qeyd edək ki, şirkət 2018-ci ildə 1 milyon 985 min manat mənfəət əldə etmişdi.

Şərab şirkətinin cəmi aktivləri 22 milyon 494 min manat (17,9% və ya 3,4 milyon manat artım), cəmi kapitalı 16 milyon 149 min manat (18% və ya 2,5 milyon manat artım), cəmi öhdəlikləri 6 milyon 345 min manat (17,6% və ya 949,7 min manat artım) olub.

Hesabatdan məlum olur ki, 2019-un sonuna “Gəncə  Şərab–2”nin 2,2 milyon manat alacağı borc var. 

Eyni zamanda şirkətin banklara 1,8 milyon krediti, 1,4 milyon vergi borcu və 3,1 milyon manat digər kredit borcları var.  

Digər xəbərlər

Banner