Biznes

Azərbaycanlı iş adamı - KOLUMBİYADA BİZNES QURUB

Azərbaycanlı iş adamı - KOLUMBİYADA BİZNES QURUB | FED.az
21:00 12 Okt 2019

Yerli alimlərimizin araşdırmaları nəticəsində “MinaŞirin” 2018-ci ildə rəsmi olaraq yeni nar sortu kimi təsdiqlənib. Yerli dədə-baba sortlarından seleksiya olunub. 2018-ci ildə seleksiya işləri başa çatandan sonra Kolumbiyada 10 hektar ərazidə pilot layihə olaraq nar bağı salmışıq. Əsas məqsədimiz odur ki, aprel-avqust aylarında ölkəmizdə nar yetişməyəndə oradan nar ixrac edək.

Eləcə də bax: Azərbaycanda qurbağa ferması yaradılıb

FED.az xəbər verir ki, bunu “Red Valley” şirkətinin rəhbəri Rəşad Şirinov bildirib.

hazırda Hacıqabuldakı nar təsərrüfatında yığım aparan şirkət rəhbəri deyib: “Kolumbiyada salınan nar bağının məhsulunu həm bu ölkənin daxili bazarında satmağı, həm də digər ölkələrə ixracı barədə düşünürük. Bu il ilk məhsul yığılacaq. İlkin nəticələr çox müsbətdir”.

Eləcə də bax:Azərbaycan nefti bahalaşıb - QİYMƏT

Onun sözlərinə görə, “MinaŞirin” narının ağacı yüksək məhsuldarlığa malikdir. Meyxoş dadlı, irigiləlidir, sərin yerdə uzun müddət saxlamaq olur. Təxminən ağaca 40-50 kiloqram, hektara 350-400 ton məhsul əldə etmək olur. Hacıqabuldakı təsərrüfatdan Rusiya və ərəb ölkələrinə nar ixrac olunur. Avropa ölkələrinə ixrac istiqamətində isə danışıqlar aparılır.

Digər xəbərlər