Banner

Biznes

Azərbaycanlıların ən çox mal aldığı – XARİCİ SAYTLAR MƏLUM OLDU 

Azərbaycanlıların ən çox mal aldığı – XARİCİ SAYTLAR MƏLUM OLDU  | FED.az
10:05 9 Aprel 2020

Azərbaycanda hər 6 nəfərdən biri xarici saytlardan hansısa məhsulu alıb. 

Eləcə də bax: Azərbaycanın "amazon"u hesab ediləcək vahid elektron - TİCARƏT PLATFORMASI YARADILDI

FED.az xəbər verir ki, bu «Business Insinght Azerbaijan» şirkətinin «Həyat tərzi» araşdırmasında son bir ildə ölkə əhalisinin xaricdən ən çox aldığı məhsulların növü və bu malları hansı saytlar vasitəsilə aldığı məlum olub.

Araşdırma göstərdi ki, Azərbaycanda onlayn məhsul sifarişi hələ də geniş yayılmayıb. Sorğuda iştirak edən respondentlərin yalnız 16,4%-i son 1 ildə onlayn məhsul sifariş ediblər. Onlayn sifariş verilən saytlar arasında isə ən populyarı “Aliexpress”dir. Məhsul sifarişləri sıralamasında ən çox onlayn sifarişləri isə geyim təşkil edir. 

“Son 1 ildə internetdən onlayn məhsul alış-veriş etmisinizmi?” sualına cavab verən respondentlərin 83,6%-i “xeyir”, 16,4%-i “bəli” cavabını verib.

“Hansı alış-veriş saytlarından/səhifələrindən istifadə etmisiz?” sualına cavab verən respondentlərin 35,8%-i “Aliexspress”in adını çəkib. 

Populyar ticarət saytlarının siyahısına daha sonra: “Trendyol” 29,9%, “İnstagram” səhifələri 26,0%, “Ebay” 6,9%, “Facebook” səhifələri 4,4%, “Amazon” 2,5% və digərləri daxildir. 

Araşdırma göstərir ki, vətəndaşlarımız xarici saytlardan ən çox geyim əşyaları alırlar. Respondentlərin 56,9%-i geyim və ayaqqabı aldıqlarını deyib. Daha sonra 34,3%-lə aksesuarlar, 13,7% məişət əşyaları, kosmetoloji məhsullar 6,9% təşkil edib.

Qeyd edək ki, 2020-ci ilin mart ayında aparılan «Həyat tərzi» araşdırması ümumilikdə 10 sahəni əhatə edib. Yaşı 18-64 olan 1 242 nəfər arasında aparılan araşdırmada iştirakçıların 48,6% xanımlar, 51,4% kişilər olub.

İştirakçıların 54,4%-i orta, 26,6%-i ali, 19%-i isə orta ixtisas təhsilli olub.

Respondentlərin orta aylıq gəlirləri 555 AZN, ailənin orta aylıq gəliri 780 AZN olub. Gəliri olmayanlar 29,8%, özünün orta aylıq gəliri haqqında cavab verməyənlər 10,3%, ailəsinin orta aylıq gəliri haqqında cavab verməyənlər 24% olub.

 

Digər xəbərlər

Banner