Banner

Biznes

“AzerGold” QSC ilə Aqrar Universiteti arasında əməkdaşlıq memorandumu - İMZALANIB

“AzerGold” QSC ilə Aqrar Universiteti arasında əməkdaşlıq memorandumu - İMZALANIB | FED.az
16:39 1 Okt 2019

Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) və “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) arasında əməkdaşlıq haqqında memorandumun imzalanmasına dair görüş keçirilib.

FED.az xəbər verir ki, QSC-dən bildirilib ki, görüşdə ADAU-nun tədris işləri üzrə prorektoru Anar Hətəmov və “AzerGold” QSC-nin idarə heyətinin sədr müavini Oqtay Məmmədov iştirak ediblər.

Eləcə də bax: “AZERGOLD” 300000-lik tenderinin qalibini – Açıqladı

Tərəflər arasında imzalanan memorandum ADAU-nun tələbələrinin “AzerGold” QSC-də istehsalat təcrübəsi keçməsini, gələcək mütəxəssislərin ixtisas biliklərinin artırılmasını, təhsil, elm, istehsalat və birgə təhsil proqramları sahəsində əməkdaşlığı əhatə edir. Tərəflər arasında birgə əməkdaşlıq çərçivəsində mədənçıxarma sənayesinin inkişafına və bu sənaye ilə əlaqədar infrastruktur layihələrinin icrasına cəlb olunacaq müasir tələblərə cavab verən ixtisaslı mütəxəssislər hazırlanacaq, birgə simpozium və konfranslar təşkil olunacaq, qabaqcıl üsul və texnologiyaların inkişafı sahəsində təcrübə mübadiləsi aparılacaq, “AzerGold” QSC-nin mütəxəssisləri tərəfindən master-klasslar keçiriləcək.

Qeyd edək ki, “AzerGold” QSC artıq Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, ADA Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti və Azərbaycan Texniki Universiteti ilə geniş və çoxşaxəli əməkdaşlıq qurub. Bu əməkdaşlıq çərçivəsində Çovdar filiz emalı sahəsinə tanıtım səfərləri, təcrübə proqramları, master-klasslar, təcrübə mübadiləsi təşkil olunur. Bu günədək universitetlərlə qurulan əməkdaşlıq çərçivəsində 100-dən çox tələbə dağ-mədən mühəndisliyi, geoloji kəşfiyyat, iqtisadiyyat, ictimaiyyətlə əlaqələr, mühəndis sistemləri və qurğularının tikintisi, insan resurslarının və biznesin idarəolunması sahələrində “AzerGold” QSC-də təcrübə keçərək praktiki biliklər əldə ediblər.

Azərtac

 

Digər xəbərlər

Banner