Biznes

"Azəristiliktəchizat" ASC - Tender elanı

"Azəristiliktəchizat" ASC - Tender elanı | FED.az
11:23 10 May 2018

FED.az xəbər verir ki,"Azəristiliktəchizat" ASC 2-lot üzrə tender keçirir.

Lot- 1. Qazanxanalarda istifadə olunan qaz avadanlıqları və onların ehtiyat hissələrinin satınalınması.

Lot-2.Qazanxana və istilik şəbəkələri üçün nəzarət –ölçü cihazlarının , avtomatika avadanlıqları və onların ehtiyat hissələrinin            satınalınması.

Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Təkliflərin qiymətləndirilməsində analoji işlərdə təcrübəsi, maliyyə vəziyyəti, aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi üçün zəruri potensialın mövcudluğuna üstünlük veriləcəkdir.

Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi 3 (əlaqələndirici şəxs: Rafiq Əliyevdən , telefon: 579- 52 98 ) nömrəli ünvandan ala bilərlər.

Eləcə də bax: BTRİB tender elan edib
 Eləcə də bax: "Azərsu" tender elan edib
İştirak haqqı hər bir lot üçün 100 manatdır.

H/h: AZ62AİİB33010019442200226122

VÖEN: 1700531291

“Kapital Bank”ın Qaradağ filialı

Kod:               200220

VÖEN: 9900003611

M/h: AZ37NABZ 01350100000000001944

SWİFT: AİİBAZ2X

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

-tenderdə iştirak etmək üçün yazılı müraciət;

-tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

-tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır)

-tender təklifi dəyərinin 1 % -i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);

• Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;

-iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

-iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

-iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

-müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;

-digər sənədlər.

Satınalma müqaviləsinin icrasını təmin etmək üçün maddi- texniki baza və müvafiq sahədə peşəkarlığın, təcrübənin, texniki imkanların və ixtisaslı işçi qüvvəsinin olmasını təsdiq edən hüquqi sənədlər.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).

Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 12 iyun 2018-ci il saat 16.00 -a qədər tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 29 iyun 2018-ci il saat 16.00 -a qədər “Azəristiliktəchizat” ASC-nin Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsi 3 nömrəli ünvana təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçıların təklifləri 2 iyul 2018-ci il saat 16.00 -da yuxarıda göstərilən ünvanda açılacaqdır.

 İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası

Digər xəbərlər