Banner

Biznes

Babayevlərin şirkətinin vəziyyəti - MƏLUM OLDU

Babayevlərin şirkətinin vəziyyəti - MƏLUM OLDU | FED.az
10:50 31 İyul 2021

İdman xidmətləri göstərən "Gənclik" ASC 2020-ci ili 83 min 566 manat xalis zərər ilə başa vurub. Bu, 2019-cu illə müqayisədə 3,6 dəfə çoxdur. ASC 2019-cu ili 22 min 900 manat zərər ilə bağlamışdı. 

Eləcə də bax: Azərbaycanda bank səhmdarı - Yeni Şirkət Yaradıb

FED.az şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, 2020-ci ildə 2019-cu illə müqayisədə "Gənclik" ASC-nin əsas əməliyyat gəlirləri 3 dəfədən çox azalaraq 105 min 937 manat təşkil edib. ASC 2019-cu ildə 328 min 956  manat əsas əməliyyat gəliri əldə etmişdi. 

56 səhmdara məxsus olan "Gənclik" ASC-də ən böyük paya Babayev Kamal Ələkbər oğlu (41,81%), Babayev Tahir Kamal oğlu (20,85%), Babayeva Rəna Kamal qızı (15,00%) və Əsədulla Çingiz Rauf oğlu (20,85%) malikdirlər.

Böyük ehtimalla, koronavirus pandemiyası ilə əlaqədar məhdudiyyətlər "Gənclik" ASC-nin də fəaliyyətini məhdudlaşdırıb və müştəriləri azalıb.

“Gənclik”  idman kompleksi 1999-cu ilin iyun ayından istifadəyə verilmişdir. Kompleksinin tərkibinə bağlı üzgüçülük hovuzu (25x10), trenajor zalı, sauna, 400 oturacaq yerli bağlı mini-futbol zalı, açıq mini-futbol meydançası, üç açıq və üç bağlı tennis kortları da daxildir. Bundan başqa idman kompleksi duşxanalar, geyinib-soyunma otaqları və istirahət otağı ilə təchiz olunub. (Marja)

Banner
Banner

Digər xəbərlər

Banner