Banner

Biznes

Bakıda Doktor İtsxak Adizesin iştirakı ilə - BİZNES FORUM KEÇİRİLİB

Bakıda Doktor İtsxak Adizesin iştirakı ilə - BİZNES FORUM KEÇİRİLİB | FED.az
12:09 13 Noy 2019

“Volvo”, “Visa”, “Bank of America”, “Coca-Сola”, “Sberbank”, “Sibur” kimi məşhur şirkətlərin rəhbərlərini konsultasiya edən Doktor İtsxak Adizes Bakıda keçirilən “Təşkilatın uğur formulu” adlı biznes forumda çıxış edib. 

FED.az xəbər verir ki, dünya şöhrətli eksperti bu forumda 200-dən çox şirkət qurucusu və böyük şirkətlərin aparıcı vəzifələrində çalışan nümayəndələri dinləyib. 

Eləcə də bax: Bu il Alman-Azərbaycan Biznes Forumuna 300-ə yaxın - İŞTİRAKÇI QATILIB

İtsxak Adizes bazarda lider olmağın, effektiv menecment sisteminin qurulması, uğurlu idarəetmə vasitələrinin tətbiqi üzrə innovativ yanaşma kimi şirkət inkişafında əhəmiyyətli rol oynayan mövzulardan danışıb. O, çıxışında fərqli insanları bir araya gətirərək onlardan güclü komanda yaratmağın effektivliyini də vurğulayıb. 

“Holmes Report” şirkəti Roma Papası Fransisk, Dalay Lama, Almaniyanın Kansleri Angela Merkel, Fransa Prezidenti Emmanuel Makron və Kanadanın baş naziri Castin Trüdo ilə yanaşı Dr. İtsxak Adizesi “2017-ci ilin ən yaxşı ünsiyyətcili” adlandırıb.

Bunu təsadüf adlandırmaq olmaz. Menecment sahəsinin əfsanəsi, dünyanın ən nüfuzlu biznes-konsultantlarından biri olan İtsxak Adizes 52 ölkədə 2000-dən çox təşkilatın tətbiq etdiyi metodologiyanın müəllifidir.

Dr. İtsxak Adizesin zəngin təcrübəsinə hökumət və dövlət rəsmiləri ilə iş də daxildir. O, İsrail, İsveç, Braziliya, Meksika, Çernoqoriya, Qazaxıstan kimi hökumət üzvlərini konsultasiya edərək, məsləhətlərini verib.

“Təşkilatın uğur formulu” forumunda İtsxak Adizes ilə yanaşı sahibkarlıq sahəsində 15 illik iş təcrübəsinə malik peşəkar idarəçi, Azərbaycanda Adizes İnstitutunun konsultantı və təlimçisi Pavel Belorusski də çıxış edib. O, Adizes metodologiyasının praktiki alətləri barədə danışıb.

Forumda bu metodologiyanı artıq öz şirkətlərində sınaqdan keçirən rəhbərlər bu təcrübəni tədbir iştirakçıları ilə paylaşıblar. 

“Təşkilatın uğur formulu” forumunun sonunda tədbir iştirakçılarının dünya şöhrətli ekspertlə sual-cavab sessiyasında iştirak etmək fürsəti də olub. 

Forumun baş sponsoru – “Pasha Bank”, sponsorları – “GILAN” holding və “Italdizain. Partnyorlar – “ADA Foundation”, “Express Group”, “ABTC”.  

Oxu

Digər xəbərlər

Banner