Biznes

Bakının ticarət dövriyyəsi - ARTIB

Bakının ticarət dövriyyəsi - ARTIB | FED.az
17:48 5 May 2020

Bu ilin yanvar-mart aylarında Bakıda ticarət dövriyyəsinin həcmi 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 0,7% artaraq 5 124,6 mln. manat təşkil edib.

Bakı Statistika İdarəsindən FED.az-a verilən məlumata görə, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,9% artaraq 2 378,3 mln. manata, qeyri-ərzaq məhsullarının həcmi isə 1,1% artaraq 2 746,3 mln. manata bərabər olub.

İstehlak məhsullarının 30,9% hüquqi şəxs statuslu müəssisələrdə, 20,6% fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 48,5% isə paytaxtın məhsul bazarlarında satılıb.

Digər xəbərlər