Biznes

Belarusun ən böyük broyler şirkəti - AZƏRBAYCANA GƏLDİ

Belarusun ən böyük broyler şirkəti - AZƏRBAYCANA GƏLDİ | FED.az
15:27 1 İyul 2020

Azərbaycanda daha bir xarici şirkətin nümayəndəliyi açılır.

Eləcə də bax: “Batır-broyler” şirkəti Azərbaycana quşçuluq məhsulu - İXRAC EDƏCƏK

FED.az Banker.az-a istinadən xəbər verir ki, yeni açılan şirkətin adı “Vitebskaya Broylernaya Ptitsefabrika” ASC-dir.

“Vitebskaya Broylernaya Ptitsefabrika” ASC-nin hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ ev.35 m.21. ünvanında fəaliyyət göstərəcək.

Bu yeni nümayəndəlik 12 may 2020-ci ildə dövlət qeydiyyatına alınıb və qanuni təmsilçisi Qarayev Ramin Fəxrəddin oğludur.

Bildirək ki, “Vitebskaya Broylernaya Ptitsefabrika” ASC Belarus Respublikasındakı ən böyük quş əti istehsalı müəssisələrindən biridir və 35 ildən çoxdur ki, fəaliyyət göstərir.

Digər xəbərlər

Banner