Biznes

Biznes qurmaq istəyən qadınlar – AMFA-DAN QRANT ALIBLAR

Biznes qurmaq istəyən qadınlar – AMFA-DAN QRANT ALIBLAR | FED.az
10:47 11 Avq 2020

Quba-Xaçmaz bölgəsində yaşayan və bizneslə məşğul olmaq istəyən  qadın sahibkarlar Azərbaycan Mikromaliyyə Assosiasiyasından (AMFA) dəstək alıblar.

Eləcə də bax:  Yapon iş adamı Oğuzda müəssisə açıb – $2,2 Milyon Yatırıb

FED.az xəbər veri ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Xaçmaz KOB İnkişaf Mərkəzinin təlim və məsləhət xidmətlərindən yararlanmış, qiymətləndirmə zamanı biznes planları uğurlu hesab edilən qadın sahibkarlara öz bizneslərini qurmaq üçün maliyyə dəstəyi (qrant) göstərilib.

Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA) tərəfindən Avropa İttifaqının maliyyələşdirdiyi “Azərbaycan regionlarında dayanıqlı mikro sahibkarlığın inkişafının sürətləndirilməsi” layihəsi çərçivəsində verilən sub-qrant vəsaiti hesabına Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən qadınlar əl işlərinin satışı, gözəllik salonu, peşəyönümlü əl işləri kursunun açılması sahələrində öz bizneslərinə başlayıblar.

Xaçmaz KOB İnkişaf Mərkəzi qadın sahibkarlara təlim və məsləhət xidmətləri ilə yanaşı, onların biznes planlarının hazırlanması və maliyyələşdirilməsi üçün müvafiq qurumlara yönləndirilməsi sahəsində də dəstək göstərib. Mərkəz bundan sonra da bu qadın sahibkarların biznesinin inkişaf etdirilməsi və fəaliyyətlərinin davamlılığının təmin olunması üçün təlim və məsləhət xidmətlərini davam etdirəcək.

Biznes qurmaq istəyən qadınlar – AMFA-DAN QRANT ALIBLAR | FED.azBiznes qurmaq istəyən qadınlar – AMFA-DAN QRANT ALIBLAR | FED.azBiznes qurmaq istəyən qadınlar – AMFA-DAN QRANT ALIBLAR | FED.az

Digər xəbərlər