Banner

Biznes

"Boeing" martda təyyarə sata bilməyib

"Boeing" martda təyyarə sata bilməyib | FED.az
12:29 11 Aprel 2019

ABŞ-ın "Boeing" şirkəti son yeddi ildə ilk dəfə olaraq mart ayında 737 tipli təyyarələrinə heç bir sifariş almayıb. FED.az xəbər verir ki,"Wall Street Journal"ını yazdığına görə,ötən ay cəmi 11 "Boeing 737 MAX" tipli təyyarə təhvil verib ki, bu da əvvəlki ayların göstəricilərinə nisbətən iki dəfə azdır. Bu ilin yanvar ayında şirkət 24, fevralda isə 27 "Boeing 737 MAX" təyyarəsini təhvil verib.

Buna baxmayaraq, "737 MAX" olan laynerlərə 4,6 mindən çox sifariş mövcuddur. Bundan başqa, şirkət bu laynerin köhnə modifikasiyasının istehsalına 78 sifariş alıb. Analitiklərin fikrincə, bu ip təyyarələr yaxın bir neçə il ərzində şirkətə hələ də mənfəət gətirəcək.

Xatırladaq ki, son yarım il ərzində iki “Boeing 737 MAX” təyyarəsi qəzaya uğrayıb, nəticədə 346 nəfər həlak olub. Artıq dünyanın 30-dan çox aviaşirkəti bu təyyarə növündən istifadə etməkdən imtina edib.

Qeyd edək ki, AZAL “Boeing” korporasiyasından 10 “Boeing 737 MAX 8” tipli təyyarə sifariş edib. “Boeing 737 MAX 8” təyyarələrinin ilk partiyası artıq bu il Azərbaycana çatdırılmalı idi. Lakin yaranmış vəziyyətlə bağlı sözügedən avialaynerləri sifariş edən digər aviaşirkətlərdə də olduğuğu kimi proses dayandırılıb.

Digər xəbərlər

Banner