Banner

Biznes

Britaniya vətəndaşları Azərbaycanda - RÜŞVƏT VERDİKLƏRİNİ ETİRAF EDİBLƏR

Britaniya vətəndaşları Azərbaycanda -  RÜŞVƏT VERDİKLƏRİNİ ETİRAF EDİBLƏR | FED.az
14:38 31 Okt 2019

«Unaoil» neft-qaz şirkətinin keçmiş əməkdaşları, Britaniya vətəndaşları Sayrus Axsani və Saman Axsani Qazaxıstan, Azərbaycan və digər ölkələrdə dövlət qulluqçularına rüşvət verdiklərini etiraf ediblər.

FED.az xəbər verir ki, bu barədə «Reuters» agentliyi ABŞ-ın ədliyyə nazirliyinə istinadən məlumat yayıb.

Eləcə də bax: Gömrük Komitəsi əməkdaşını işdən qovdu – RÜŞVƏTƏ GÖRƏ

Britaniya vətəndaşları bu işə görə, məhkəmə qarşısına 2020-ci ilin 20 aprelində çıxacaqlar. Hər iki iş adamı xaricdə korrupsiya haqqında qanunu (FCPA) pozmaqda ittiham olunurlar.

Qeyd edilir ki, bu qanunun pozulmasına görə, 50 yaşlı Britaniya vətəndaşı Stiven Xanter də günahını etiraf edib. O əvvəllər «Unaoil» şirkətində biznesin inkişafı üzrə direktor olub.

ABŞ ədliyyə nazirliyinin məlumatına görə, Axsani 1999-2016-cı illər arasında Əlcəzairdə, Anqolada, Azərbaycanda, Konqo, İran və İraqda, Qazaxıstan, Liviya və Suriyada hökumət nümayəndələrinə rüşvət verdiyini etiraf edib.

Digər xəbərlər

Banner