Biznes

Bu içkilərin 18 yaşdan aşağı şəxslərə satışı - QADAĞAN EDİLDİ - RƏSMİ

Bu içkilərin 18 yaşdan aşağı şəxslərə satışı - QADAĞAN EDİLDİ - RƏSMİ | FED.az
12:57 8 Noy 2019

18 yaşdan aşağı şəxslərə enerji içkilərinin satışı qadağan olunacaq.

FED.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat verib.

Eləcə də bax: Tələblərə cavab verməyən enerji içkilərinin idxalına və istehsalına - QADAĞA QOYULACAQ

Bildirilib ki, 2020-ci il yanvarın 1-dən enerji içkiləri ilə bağlı qaydalar qüvvəyə minəcək.

AQTA tərəfindən hazırlanan “Enerji içkilərinə dair müvəqqəti sanitariya norma və qaydaları”na görə, enerji içkilərinin istehsalında hər hansı növ etil spirtinin istifadəsinə yol verilməyəcək.

Tərkibində karbohidratların kütlə payı isə 11 faizdən artıq olmayacaq.

18 yaşdan aşağı şəxslərə enerji içkilərinin satışı qadağan olunacaq.

Enerji içkilərinin etiketlərində “Yaşlılara, hamilə və süd verən qadınlara, diabetdən, ürək fəaliyyətinin pozuntusundan, böyrək çatışmazlığından, hipertonik xəstəliklərdən, sinir oyanıqlığından, yuxusuzluqdan əziyyət çəkən şəxslərə, metabolizm problemi olan insanlara istifadəsi tövsiyə olunmur” sözləri qeyd edilməlidir.

Digər xəbərlər