Biznes

Bu ilin əvvəlindən dünyada - 1 TRİLYON DOLLAR RÜŞVƏT VERİLİB

Bu ilin əvvəlindən dünyada - 1 TRİLYON DOLLAR RÜŞVƏT VERİLİB | FED.az
08:08 10 Dek 2019

Bu ilin əvvəlindən dünyada rüşvətxorluğun dövriyyəsi 1 trilyon ABŞ dolları, korrupsiyanın dövriyyəsi isə 2,6 trilyon dollar təşkil edib. 

FED.az xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatı 9 Dekabr - Beynəlxalq Korrupsiyaya Qarşı Mübarizə Günü münasibətilə məlumat yayıb. 

Eləcə də bax: Britaniya vətəndaşları Azərbaycanda - RÜŞVƏT VERDİKLƏRİNİ ETİRAF EDİBLƏR

Qurumun baş katibi Antonio Guterres "bu beynəlxalq gündə hər kəsi korrupsiyaya qarşı mübarizədə qalib gəlmək üçün yenilikçi bir həll tapmaq üçün səylərini davam etdirməyə" çağırıb. 

Hazırda dünyada korrupsiyanın ən aşağı səviyyəsinin Danimarka, Yeni Zelandiya və Finlandiyada, ən yüksək səviyyəsinin isə Somali, Cənubi Sudan və Suriyada olduğu bildirilir. 

Eləcə də bax: Gürcüstanda dörd məmur - RÜŞVƏT ÜSTÜNDƏ SAXLANILIB

Report

Digər xəbərlər