Banner

Biznes

Daha bir ölkədə marixuana və həşiş qanuniləşdi

Daha bir ölkədə marixuana və həşiş qanuniləşdi | FED.az
12:08 16 Dek 2017

Gələn il yanvarın 1-dən etibarən Danimarkada həkimlər reseptdə xəstələrinə tibbi göstəricilərinə əsasən, marixuana və həşiş yaza biləcəklər.

FED.az xəbər verir ki, marixuananın leqallaşması ilə bağlı sınaq proqramı bu gün parlament tərəfindən təsdiqlənib.

Marixuananın istehsalı ilə yerli fermerlərin məşğul olacağı, satışın apteklərdə həyata keçiriləcəyi planlaşdırılır. İndiyədək marixuana yetişdirilməsinə icazə almaq üçün 15 şirkət hökumətə müraciət edib.

Marixuananın onkoloji xəstəliklərin ağrıları zamanı, kimyaterapiyadan sonra, onurğa travması, güclü əzələ ağrıları və digər ağır xroniki xəstəliklər zamanı ağrıların yüngülləşdirilməsi üçün istifadə olunacaq. Həmçinin həkimin nəzarəti və məsuliyyəti ilə digər diaqnozlarda da marixuana həkimlər tərəfindən əhaliyə yazıla biləcək.

Digər xəbərlər

Banner