Banner

Biznes

Bahalı geyimi almaq sərfəlidir, yoxsa icarəyə götürmək? - YENİ BİZNES BASLAYİB

Bahalı geyimi almaq sərfəlidir, yoxsa icarəyə götürmək? - YENİ BİZNES BASLAYİB | FED.az
18:11 29 Avq 2019

Məşhur «Le Tote» geyim startapı daha bir eniliyə imza atıb. FED.az xəbər verir ki, şirkət məşhur «L & T» univermaq şəbəkəsini satın alır.

Bu əməliyyatda diqqəti çəkən univermağın qiyməti deyil, onu alan startapın qısa müddətə sürətlə varlanaraq belə əməliyyat aparmağa qadir olmasıdır. 2012-ci ildə yaradılan startap qadınlar üçün dəbli paltarların və aksessuarların icarəsi ilə məşğuldur. San-Fransiskoda Brett Nortxart və Rakeş Tond tərəfindən yaradılan startap cəmi 7 il ərzində 180 milyon dollar qiyməti olan şirkətə çevrilib.

«L & T» şəbəkəsi isə 1826-cı ildə yaradılıb və yüksək dəbi ilə məşhurdur. Ötən il univermaq şəbəkəsinin 1,1 milyard dollarlıq dövriyyəsi olub.

Univermağın sahibi olan «Hudson 's Bay Company» şirkəti 2016-cı ildən zərərlə işləməyə başlayıb və «L & T» şəbəkəsini satışa çıxarıb. Startapla olan əməliyyat nəticəsində isə şirkət bir qədər nağd pul və starapda pay qazanacaq. Şirkət qarşıdakı 3 il ərzində univermaq şəbəkəsinə 58 milyon dollar icazə haqqı ödəyəcəyini də bildirib.

Bu əməliyyat təkcə iki şirkət arasındakı müqaviləni deyil, həm də geyim sektorunda baş verən yeniliyi əks etdirir. «L & T» univermaqının satılmasına da səbəb odur ki, ənənəvi pərakəndə satışın gələcəyi qeyri-müəyyəndir.

Əvəzində paltarların alınması deyil, icarəsinə imkan verən yeni konsepsiyalar bazarı zəbt edib və bu investorları cəlb edir.

Proses belə baş verir: tutaq ki, mağazada çox dəbli və bahalı dizayner paltarı var. Belələri asanlıqla satılmır və satıcı üçün itirilmiş qazancdır. Amma bu paltarın icarə dövriyyəsinə buraxılması çoxsaylı alıcıya onu geyinməyə imkan verir, üstəlik, satış qiyməti də artıqlamasıyla ödənilir.

 

 

 

Digər xəbərlər

Banner