Biznes

Dövlət agentliyi özəl təhsil şirkətlərinə - ƏMƏKDAŞLIQ TƏKLİF ETDİ – TƏKLİFLƏR

Dövlət agentliyi özəl təhsil şirkətlərinə - ƏMƏKDAŞLIQ TƏKLİF ETDİ – TƏKLİFLƏR | FED.az
11:41 21 İyun 2019

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Azərbaycanın özəl təhsil məssisələrinə müxtəlif sahələrdə birgə əməkdaşlıq təklif edib. FED.az xəbər verir ki, bu barədə agentliyin rəhbəri Orxan Məmmədov bu gün, KOBİA yanında İctimai Şuranın təşəbbüsü ilə təşkil edilən Təhsil biznesi forumunda səsləndirib.

Agentlik rəhbəri bildirib ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin vəzifələrinin icrası bir çox istiqamətlərdə elm və tədris mərkəzləri ilə qarşılıqlı fəaliyyətə əsaslanır.

Eləcə də bax: Azərbaycanda fəaliyyət göstərən özəl təhsil müəssisələrinin sayı - AÇIQLANIB


Onun sözlərinə görə,  Agentlik tərəfindən kiçik və orta biznes subyektlərinin dəstəklənməsinə yönəldilmiş modellər və mexanizmlər hazırlanmaqdadır. Təbii ki, onların hər biri ciddi

araşdırma tələb edir. Bu sahədə özəl sektorla bir neçə formada əməkdaşlıq etmək mümkündür. Bunlar aşağıdakılardır:

1. Kiçik və orta biznes subyektlərinin dəstəklənməsinə yönəldilmiş modellər

və mexanizmlər hazırlanmasında biz təhsil sektorunda fəaliyyət göstərən KOB subyektlərinin də potensialından faydalanmaqda maraqlıyıq. Agentliyin strukturuna daxil olan Kiçik və orta biznesin inkişafı mərkəzlərinin (KOB İnkişaf

Eləcə də bax: Azərbaycanda "KOB-kadr bankı" yaradılır

Mərkəzi) yaradılmasında işlərə başlanılıb. Qeyd edim ki, KOB İnkişaf Mərkəzlərini eyni zamanda özəl təhsil mərkəzi və müsissələrinin iştirakı ilə formalaşdırmaq olar.

2. Agentlik tərəfindən KOB subyektlərinin təlim ehtiyaclarına müvafiq olaraq mövcud tədris və təlim

proqramlarında təkmilləşdirmələrin aparılması və səmərəli fəaliyyətinin təmin olunması sahəsində tədbirlər nəzərdə tutulmuşdur. Təhsil biznesi sektorunda və vətəndaş cəmiyyəti institutları ilə KOB subyektlərinin tələbatına uyğun olaraq, müvafiq ixtisaslar üzrə müasir təhsil proqramlarının, metodiki vəsaitlərin və mövzuların hazırlanmasında birgə iştirakın təşkil edilməsində maraqlıyıq.

3. Dovlət basşçısının sərəncama uyğun olaraq mikro, kiçik və orta sahibkarlıq subyektlərinin istehsal fəaliyyətinin dəstəklənməsi üçün onların kadr potensialının artırılmasına dövlət

dəstəyi mexanizminin təmin edilməsi istiqamətində hal-hazırda “KOB kadr bankı”nın hazırlnması istiqamətində işlərə başlanıb. Məqsəd KOB subyektləri üçün tələb olunan vəzifələr (peşələr) üzrə ixtisaslı kadrlara dair ehtiyacları, o cümlədən əlavə təhsilə dair tələbatın həcmini, ölkə üzrə müxtəlif kadrlara dair məlumatları özündə əks etdirən sistemi yaratmaqdır. Bu prosesdə biz təhsil sektorunda fəaliyyət göstərən qurumlarla da əməkdaşlıq edə bilərik.

4. Dövlət başçısı 30 may 2019-cu il tarixində

"Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin rəqabətqabiliyyətli istehsalının stimullaşdırılması məqsədilə daxili bazar araşdırmalarına dövlət dəstəyi göstərilməsi Qaydası"nın təsdiq edilməsi haqqında fərman imzalanıb. Qaydalara əsasən, dəstək tədbirlərinin təşkilini və dəstək məbləğinin ödənilməsini Kiçik və Orta Biznesin İnkişafı Agentliyi həyata keçirəcək. Dəstək tədbiri dedikdə, daxili bazar tendensiyalarının iqtisadi, siyasi, texnoloji, hüquqi, sosial, bazar faktorlarının

araşdırılması vasitəsilə öyrənilməsinin təşkili və maliyyələşdirilməsi, habelə bu sahədə müxtəlif təlimlərin və seminarların keçirilməsi, təlim prosesində informasiya dəstəyinin göstərilməsi nəzərdə tutulur. Agentlik sözügedən Fərmanın

icrası istiqamətində də təhsil sektorunda fəaliyyət göstərən özəl qurumlarla əməkdaşlıq edə bilər.

Digər xəbərlər