Banner

Biznes

Dövlət Reklam Agentliyi “ARTREKLAM”ın kreditorlarına - MÜRACİƏT EDİB

Dövlət Reklam Agentliyi “ARTREKLAM”ın kreditorlarına - MÜRACİƏT EDİB | FED.az
20:45 21 Yan 2021

Azərbaycan Dövlət Reklam Agentliyinin “ARTREKLAM” Reklamçılıq və Aydınlatma Şirkəti” MMC-nin kreditorlarına müraciət edib. 

FED.az xəbər verir ki, müraciətdə deyilir: 

Azərbaycan Dövlət Reklam Agentliyinin “ARTREKLAM” Reklamçılıq və Aydınlatma Şirkəti” MMC-nin (VÖEN: 1702337231) kreditorlarının nəzərinə!

Azərbaycan Dövlət Reklam Agentliyinin İdarə Heyətinin 15 yanvar 2021-ci il tarixli 01-İHQ/21 nömrəli qərarı ilə Agentliyin “İNNOVA” İnnovativ Reklamçılıq Şirkəti” MMC, “ARTREKLAM” Reklamçılıq və Aydınlatma Şirkəti” MMC-nin ona qoşulması yolu ilə yenidən təşkil edilmişdir.

Bu səbəbdən, yenidən təşkil ilə əlaqədar “ARTREKLAM” Reklamçılıq və Aydınlatma Şirkəti” MMC-nin fəaliyyətinə xitam verilərək, onun hüquq və öhdəlikləri “İNNOVA” İnnovativ Reklamçılıq Şirkəti” MMC-yə keçmişdir.

Odur ki, “ARTREKLAM” Reklamçılıq və Aydınlatma Şirkəti” MMC-nin kreditorları öz tələblərini 2 (iki) ay müddətində “İNNOVA” İnnovativ Reklamçılıq Şirkəti” MMC-yə qarşı irəli sürə bilər.

Ünvan: AZ 1000, Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 24. Dalğa Plaza (9-cu mərtəbə).

Əlaqə telefonu: +99412 505 44 00

Banner

Digər xəbərlər