Biznes

Dövlət sektoru ixtisar etməyəcək, siz də etməyin - NAZİRDƏN BİZNESƏ ÇAĞIRIŞ

Dövlət sektoru ixtisar etməyəcək, siz də etməyin - NAZİRDƏN BİZNESƏ ÇAĞIRIŞ | FED.az
19:21 23 Mart 2020

“Əmək müqaviləsinn ləğv edilməsinə moratorium qoyulacaq”

Azərbaycanda biznesin koronavirusdan çəkdiyi zərəri kompensasiya etmək və iş adamlarına dəstək verilməsi sahəsində dövlətin biznes qarşısında qoyduğu məsələlərdən biri də əmək müqavilələrinin ləğv edilməməsidir. 
FED.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib. 
 Hazırki məqamda dövlət-biznes münasibətlərinə toxunan nazir bildirib ki, dövlət biznesin yanında olmağa və ona dəstək verməyə hazırdır. Öz növbəsində biznes də əmək müqavilələrini ləğv etməməli, yəni ixtisarlara yol verməməlidir. 

«Burada əsas iki məqam var. Bunlardan birincisi əmək müqavilələrinin ləğv edilməsinə qarşı moratorium tətbiq edilməsidir. 
Dövlət sektoruna artıq bu barədə göstəriş gedib. 
Özəl sektora gəldikdə isə biz bir daha vurğulamaq istəyirik ki, bu vəziyyətdə biznes özünü məsuliyyətli şəkildə, sosial məsuliyyətini tanıyaraq, həyata keçirəcək və bu şəraitdə hər hansı işçinin müqaviləsinə xitam verilməsinə baxılmayacaq. 
Dövlət öz tərəfindən bu məsəəni bir tərəfdən diqqətdə saxlayacaq, digər tərəfdən mənfi təsir görən biznesə zəruri dövlət dəstəyi verməklə həmin yükün sahibkarlarla dövlət arasında bölüşməsi məsələsin nəzərdən keçiririk. 

Sahibkarlara əsas mesajım odur ki, dövlət onların yanındadır. Onların fəaliyyətinin təmin edilməsi, bizneslərinin qorunub saxlanması, itirdikləri dövriyyələrin qısa müddət ərzində bərpa edilməsi kimi mövzuları tanıyırıq və bu istiqamətdə əməli dəstək üçün qeyd etdiyim addımları hazırlayırıq».  

Digər xəbərlər