Banner

Biznes

Dünyada restoranlarda balıq yeməklərinin - 40%-İ SAXTADIR - ARAŞDIRMA

Dünyada restoranlarda balıq yeməklərinin - 40%-İ SAXTADIR - ARAŞDIRMA | FED.az
12:23 6 Aprel 2021

Dünyada balıq və dəniz məhsulları ilə bağlı böyük fırıldaq üzə çıxıb.

Eləcə də bax: Azərbaycan xaricdən dəniz məhsullarını alışını - Artırıb

FED.az xəbər verir ki, Britaniyanın «The Guardian» qəzeti son 2 il ərzində dünyada balıqların yoxlanış üçün alınması ilə bağlı aparılan 44 tədqiqatı analiz edib. Məlum olub ki, bu yoxlamalar zamanı alınmış 9 min balıq və dəniz məhsullarının 40%-i saxtadır.

Balıqlarla bağlı yoxlamalar 30 ölkəni əhatə edib. Yoxlama alışları zamanı satın alınan balıq və dəniz məhsullarının nümunələri laboratoriyalara göndərilərək burada yoxlanılıb. Məlum olub ki, əksər hallarda bahalı balıq növləri kimi qələmə verilən balıqlar əslində daha ucuz balıqlar imiş, üstəlik krevetka xörəklərinin tərkibində donuz ətinin DNK-sı da tapılıb.

Araşdırma göstərib ki, demək olar, bütün dünyada daha bahalı və ya nadir balıq növləri satış zamanı daha ucuz qohum növlərlə əvəz edilir və müştərilər aldadılır.

Məsələn, Kanada, ABŞ, Britaniya, Sinqapur, Avstraliya və Yeni Zelandiya restoranlarında qızılı levrək balığı adı altında 40% hallarda başqa balıqlar satılır. Almaniya restoranlarında 48% faiz hallarda kral tarak balıqlarının yerinə əslində yapon tarak balıqları verirlər. İtaliyada isə 45% halda akula filesi adı ilə satılan ət, əslində daha ucuz balıqların filesi olub.

Avropada hər 3 restorandan biri balıq yeməyində aldadır

Araşdırmalardan biri xüsusilə Avropa restoranlarına aid olub. Bu araşdırma zamanı yüzə yaxın alim avropanın 23 ölkəsində 180 məşhur restoranda balıq yeməklərinin nümunələrini gizli şəkildə yoxlayıblar. Burada götürülən 283 balıq nümunəsi laboratoriyalara göndərilib, nümunələrin götürülmə tarixi, yeri qiyməti və adı göstəriləb. Nümunələrin DNK-sının analizi göstərib ki, Avropada hər 3 restorandan biri müştəriyə sifariş olunan balığı deyil, başqa balıqdan hazırlanan xörək təqdim edib.

Ən çox İspaniya, İslandiya, Finlandiya və Almaniyanın restoranlarında ,  nəhəng meroa, Atlantik yağlı balığı, sudak, kambala, mavi və sarı tuns balıqlarını saxtalaşdırırlar.

Özü də əgər bahalı Sakit Okean tuns balığını nisbətən ucuz tuns balığı ilə əvəz edirlərsə, başqa balıqları ümumiyyətlə başqa növlərlə əvəz edirlər.

Məsələn, panqasius balığı necə deyərlər, «ehtiyat balıq» növü sayılır. Digər, daha bahalı balıqları, məsələn treska, kambala və pikşu balıqlarını ən çox onunla əvəz edirlər.

Banner
Banner

Digər xəbərlər