Biznes

Dünyanın ən məşhur dəb brendi - MƏLUM OLDU

Dünyanın ən məşhur dəb brendi - MƏLUM OLDU | FED.az
08:11 30 Okt 2019

Dünyanın ən məşhur dəb brendi adını “Off-White” (İtaliya) qazanıb. FED.az xəbər verir ki, “Lyst” platformasının reytinqini “Hypebae” yayımlayıb.

Eləcə də bax: “Qaranlıq” keçmişi olan məşhur - BRENDLƏR - SİYAHI

“Google” və sosial şəbəkələrdə edilən 9 milyondan çox axtarışı, eləcə də 12 milyon onlyan-reteylerin saytlarında edilən axtarışları qeydə alan mütəxəssislər öyrənib ki, 2019-cu ilin üçüncü rübündə istifadəçilər internetdə daha çox “Off-White” markasının məhsullarını axtarıb.

“Balenciaga” (Fransa) ikinci, “Gucci” (İtaliya) üçüncü, “Versace” (İtaliya) dördüncü, “Prada” (İtaliya) isə beşinci yerdə qərarlaşıb.

İlk onluqda, həmçinin, “Valentino”, “Fendi” və”Burberry” yer alıblar. Siyahını  “Sint Laurent” və “Vetements” yekunlaşdırırlar.

Qafqazinfo

Digər xəbərlər

Banner