Biznes

“Eurohome” bağlanır - SAHİBKARLAR DANIŞDI - VİDEO

“Eurohome” bağlanır - SAHİBKARLAR DANIŞDI - VİDEO | FED.az
17:08 20 May 2020

“Eurohome” ticarət mərkəzində mayın 11-də baş verən yanğından sonra sahibkarlara bazarın nə vaxt fəaliyyətə başlayacağının bəlli olmadığı deyilib. Buna görə də bu gün 50-yə yaxın sahibkar bazarın ərazisində toplaşaraq etiraz ediblər.

Eləcə də bax: «EuroHome»da 1 milyon manatlıq – MALLARI BATDI – BORC DƏFTƏRİ DƏ YANIB

FED.a xəbər verir ki, sahibkarlardan biri Rasim Musayev “Qafqazinfo”ya bildirib ki, bu gün onlara artıq işləməyəcəkləri deyilib: “Bazarın sahibi Azər Möhlətov gəlib dedi ki, istintaq gedir deyə bazar işləməməlidir. Amma nə vaxta qədər işləməyəcəyini demirlər. Bizim dükanlara aidiyyatı olmayan yerdə 4-5 mağaza yanıb. İstintaq orada işini görsün, imkan versinlər biz də işləyib çörəyimizi qazanaq”.

Rövşən Əliyev qeyd edib ki, “Sədərək” Ticarət Mərkəzində dəfələrlə yanğın baş versə də, o bazar bir dəfə də bağlanmayıb. Sahibkar Əhməd Nəsibov isə onlara mallarını mağazalardan çıxarmaq tapşırılıb: “Bu o deməkdir ki, bazar bağlanır. Bizə deyirlər gedin başınıza çarə tapın”.

Sahibkarlar bildiriblər ki, bura yığışmaqda məqsədləri odur ki, istintaq və istintaqa nəzarət edən şəxslər onlara işləməyə icazə versinlər.

Digər xəbərlər