Biznes

"Facebook"da reklamlarını dayandıran - İRİ ŞİRKƏTLƏR - SİYAHI

"Facebook"da reklamlarını dayandıran - İRİ ŞİRKƏTLƏR - SİYAHI | FED.az
21:55 30 İyun 2020

Trump-ın nifrət və şiddətli ifadələrini özündə cəmləşdirmək “Facebook”a baha başa gəldi. Sosial media nəhəngi əleyhinə başlanan reklam boykotuna qoşulan şirkətlərin sayı artmaqda davam edir. Ötən il reklamlardan 69,7 milyard dollar (477.8 milyard TL) qazanan Facebook çətin dövr keçir.

Eləcə də bax: Səudiyyə qənaətə keçib – PULLARI "FACEBOOK" VƏ "BOEİNG"Ə YATIRIR

FED.az xəbər verir ki, Afro-amerikalı Corc Floydun polis tərəfindən öldürülməsi, irqçi əleyhdarları küçələrə çıxardı. Etirazlar dozanı artırdıqda, prezident Donald Trump səsini qaldırdı və "talan başlasa, silahlar atəşə başlayar" deyərək çox reaksiya verdi. Bu hadisələrdən ən çox təsirlənən Facebook oldu! Twitter Trump-ın sözlərini yazarkən bir neçə xəbərdarlıq göndərdi. Digər tərəfdən Facebook direktoru Mark Zuckerberg, belə bir şey etməyəcəklərini söylədi və gözlənilməz reaksiyalara məruz qaldı.

QAZANCININ 98.5% REKLAMLARDAN ƏLDƏ EDİR

Şirkətlər, nifrət və zorakılıq sözlərini dəstəklədiyinə görə ən azı bir ay “Facebook”-a  reklam verməyəcəklərini açıqlayıblar. Beləliklə, 2019-cu ildə 69,7 milyard dollar olan qazancının 98,5 faizini təşkil edən reklam gəlirindən olduğundan bu boykotların şirkətə ciddi təsir edəcəyi gözlənilir.

Bəzi məhşur markalar bütün sosial medialara eyni münasibət göstərdilər. Bloomberg-dəki xəbərə görə, nəhəng boykotda iştirak edən şirkətlərə aşağıdakılar daxildir:

Starbucks: Bütün sosial mediada ödənişli reklamlarını dayandırdı. Şirkət yalnız öz hesablarından paylaşımlar edəcək.

Microsoft: Dünyanın ən böyük texnoloji şirkətlərindən biri olan Microsoft Facebook və İnstagram-da reklam verməyəcək.

Unilever: Algida, Lipton, Dove, Omo, Rexona, Clear kimi bir çox məşhur markanı özündə cəmləşdirən şirkət ilin sonuna qədər Twitter və Facebook və İnstagram-a reklam boykotu tətbiq edəcək.

Coca-Cola: Bütün sosial media platformalarında reklamlarını dayandırdı.

Colorox: Müxtəlif qida və kimyəvi məhsullar istehsal edən şirkət dekabrın sonuna qədər Facebook-da reklam verməyəcək.

Conagra: Amerikanın aparıcı şirkəti il ​​ərzində ABŞ üzrə Facebook və İnstaqramda reklam etməyəcək.

Ford: ABŞ-da 30 gün ərzində sosial media platformalarında reklam yayımlamayacaq. Üstəlik, yeni nəqliyyat vasitəsi Bronco-nu satışa çıxaracağı dövürdə.

Honda: Nifrət və anti-irqçi tərəfdarları dəstəkləmək üçün Facebook və Instagram reklamları iyul boyu dayandırılacaq.

Hershey: Dünyanın ən böyük şokolad istehsalçılarından biri olan şirkət iyul ayında Facebook-da reklam verməyəcək. İlin qalan hissəsində, bu platforma üçün reklam büdcəsinin üçdə birə qədər azaldacaq.

Diageo: İyul ayından etibarən bütün dünyada sosial media reklamlarını dayandıracaq.

PepsiCo: Gələn ay üçün Facebook-dan reklamlarını geri çəkəcək.

Verizon: Facebook öz siyasətinə qənaətbəxş bir həll etməyincə, burada reklam işləməyəcək.

SAP SE: Nifrət və irqçiliyə münasibətlərini dəyişməyincə, Facebook və İnstagram-da pullu reklamları dayandıracaq.

Levi Strauss: İyul boyunca qlobal olaraq Facebook və İnstagram-da reklam olmayacaq.

Diamond Foundry: Bir ay ərzində Facebook və İnstagram-da reklam olmayacaq.

Patagonia: Şirkətin ən az bir ay ərzində Facebook və Instagram-da reklamları olmayacaq.

Viber Media: Bütün sosial media ilə reklam əlaqələrini kəsəcək.

North Face: İdman geyim şirkətinin iyul ayında Facebook-da reklamları olmayacaq.

REI: İyul boyunca Facebook və İnstagram-da reklam verməyəcək.

Upwork: İyul ayında Facebook-da reklamlar yayımlanmayacaq.

Eileen Fisher: İyul ayında Facebook reklamları dayandıracaq.

Adidas: İyul boyunca beynəlxalq səviyyədə Facebook və İnstagram-da heç bir reklamı olmayacaq.

Puma: Gələn ay Facebook və Instagram-da reklamı olmayacaq.

Digər xəbərlər

Banner