Biznes

“Fəaliyyətinə icazə verilmiş sahələrdə yoluxmalara görə məsuliyyət sahibkarların üzərinə düşəcək”

“Fəaliyyətinə icazə verilmiş sahələrdə yoluxmalara görə məsuliyyət sahibkarların üzərinə düşəcək” | FED.az
19:25 8 Avq 2020

“Qəbul olunmuş qaydalara əməl olunmasına əsas məsuliyyət daşıyan orqanlar kimi şəhər və rayon İcra hakimiyyətləri, hüquq-mühafizə orqanları-Prokurorluq, DİN, DTX, səhiyyə strukturları və fəaliyyətinə icazə verilmiş sahələrdəki sahibkarlardır. Fəaliyyətinə icazə verilmiş sahələrdə yoluxmalara görə məsuliyyət tam olaraq sahibkarların üzərinə düşəcək”.

Eləcə də bax: Əli Əsədov müşavirə keçirdi - NƏZARƏT GÜCLƏNDİRİLƏCƏK

FED.az xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın karantin rejimi ilə əlaqədar keçirilən Respublika videomüşavirəsində Baş Nazir Əli Əsədov deyib.

O qeyd edib ki, şəhər və rayonlarda yoluxma hallarının artması tendensiyası müşahidə olunduğu təqdirdə şəhər və rayon rəhbərliyi əlaqələndirici qurum olaraq nəzarət mexanizmlərini daha da gücləndirməlidir: “Proses dövlət başçısı tərəfindən nəzarətdə saxlanılır. Hökumət vəziyyətə dair mütəmadi olaraq Prezidentə məruzə edəcək” ("Apa")

Digər xəbərlər

Banner