Biznes

"Fitch" "Starbucks"ın da - REYTİNQİNİ ENDİRDİ

"Fitch" "Starbucks"ın da - REYTİNQİNİ ENDİRDİ | FED.az
20:31 6 May 2020

Kredit reytinq agentliyi "Fitch" dünyanın ən böyük qəhvə zənciri "Starbucks"ın səviyyəsini BBB + səviyyəsindən BBB səviyyəsinə endirib.

Eləcə də bax: "Starbucks"da - 47 % GƏLİR İTKİSİ

FED.az xəbər verir ki, "Fitch" şirkətin notunu borcunun artmasına görə endirib. "Fitch" "Starbucks"ın 3 milyard dollarlıq yeni borc alacağını və borc aldığı vəsaitdən qısamüddətli pul ehtiyaclarını ödəmək üçün istifadə edəcəyini bildirib.

Qeyd edək ki, "Starbucks" yanvar-mart dövründə keçən ilin eyni dövrü ilə müqayisədə 47% geriləyib. Şirkətin dünya üzrə 30 mindən çox şöbəsi var. "Starbucks" 2019-cu ildə 26,5 milyard dollar gəlir əldə etmişdi.

Digər xəbərlər

Banner