Biznes

Fransalı milyarderin şirkəti Azərbaycandan çıxmaq - QƏRARINA GƏLİB

Fransalı milyarderin şirkəti Azərbaycandan çıxmaq - QƏRARINA GƏLİB | FED.az
15:43 2 Sen 2019

48 yaşlı fransalı milyarder, hansı ki, 6,68 mlrd. dollar sərvətə malik olan Emmanuel Besnierin sahib olduğu “Groupe Lactalis” şirkəti Azərbaycandan çıxmaq qərarına gəlib.

FED.az Banker.az-a istinadən xəbər verir ki, şirkətin Azərbaycandakı nümayəndəliyi ləğv olunur.

Bildirək ki, ümumiyyətlə “Lactalis” 1933-cü ildə Fransanın ən zəngin ailələrində olan Besnierlər tərəfindən təsis edilib. Şirkət əsasən süd məhsulları istehsalı ilə ixtisaslaşıb.

Məlumatda kreditroların iki ay ərzində tələblərini AZ1065 Bakı şəhəri, Yasamal rayonu, Murtuza Muxatrov küçəsi, ev 203 A, mənzil 37 ünvanına bildirə bilməsi imkanı vurğulanır.

Digər xəbərlər