Biznes

“Fruit Aqro” Koronavirusla Mübarizəyə Dəstək Fonduna - 10 000 MANAT AYIRDI

“Fruit Aqro” Koronavirusla Mübarizəyə Dəstək Fonduna - 10 000 MANAT AYIRDI | FED.az
16:54 24 Mart 2020

“Fruit Aqro” şirkəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dünyanı sarsıdan, dünya, eləcə də ölkə iqtisadiyyatı üçün təhdid doğuran virusla mübarizə təşəbbüsünə qoşulmaq qərarına gəlib.

Bu məqsədlə COVİD-19 infeksiyasının yayılmasının qarşısının alınması və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyinin təmin olunması məqsədilə yaradılan Koronovirusla Mübarizəyə Dəstək Fonduna “Fruit Aqro” tərəfindən 10 000 AZN məbləğində vəsait ayrılıb. 

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli fərmanı əsasında ölkəmizdə bu xəstəliyin yayılmasının qarşısını almaq və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyi təmin etmək üçün  Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb.

 

Digər xəbərlər