Biznes

“Global Leasing” nizamnamə kapitalını - KƏSKİN ARTIRIB

“Global Leasing” nizamnamə kapitalını - KƏSKİN ARTIRIB | FED.az
10:11 6 Avq 2020

“Global Leasing” QSC nizamnamə kapitalını 160 min manat və yaxud 81 dəfə artıraraq 2 min manatdan 162 min manata çatdırıb.

Eləcə də bax: “Fəcr Lizinq”in direktoru dəyişib

FED.az xəbər verir ki, bu barədə şirkətin direktoru Elvin Yolçiyev məlumat verib.

Onun sözlərinə görə, kapital artımı üçün “Global Leasing”in dövriyyədə olan 1 000 ədəd səhminin nominal dəyəri 2 manatdan 162 manata qaldırılıb.

“Bu da son deyil. İlin sonuna qədər nizamnamə kapitalını təxminən 700 min manata çatdırmaqla bağlı planımız var. Çünki, lizinq portfelini genişləndirməyi düşünürük”, - deyə direktor qeyd edib.

Xatırladaq ki, “Global Leasing” 2018-ci ildə yaradılıb. Səhmdar cəmiyyəti əsasən kənd təsərrüfatı sahəsində maliyyələşdirmə ilə məşğuldur. (Report)

Digər xəbərlər