Biznes

Gürcüstanda qumar biznesinin dövriyyəsi - 4,6 MLRD.DOLLARI ÖTÜB

Gürcüstanda qumar biznesinin dövriyyəsi - 4,6 MLRD.DOLLARI ÖTÜB | FED.az
14:35 3 Okt 2019

Ötən il ərzində Gürcüstanda qumar biznesinin dövriyyəsi 13,806 mlrd. lari (təxminən 4,6 mlrd. ABŞ dolları) təşkil edib.

FED.az xəbər verir ki, "BusinessPressNews" xəbər saytına istinadən verilən məlumata görə, 2017-ci ildə qumar biznesinin dövriyyəsi 5,060 mlrd. lariyə (1,7 mlrd. dollar) bərabər olub. Göründüyü kimi, ötən il Gürcüstanda qumar biznesinin dövriyyəsi əvvəlki ilə nisbətən 2,7 dəfə artıb.

Eləcə də bax: Gürcüstanda ərzaq məhsulları - BAHALAŞIB

Məlumatda bildirilib ki, son 10 ildə qumar biznesinin gəlirləri 200 dəfə artıb. Ötən il bu ölkədə biznes sektorunun ümumi dövriyyəsi 86,6 mlrd. lari (29,2 mlrd. dollar) təşkil edib ki, bunun da təxminən 16%-i qumar sektorunun payına düşüb.

Apa

Digər xəbərlər