Biznes

Təcili: Hökumət sahibkarlara dəstək göstərəcək - NAZİRLƏR KABİNETİNDƏ TOPLANTI

Təcili: Hökumət sahibkarlara dəstək göstərəcək - NAZİRLƏR KABİNETİNDƏ TOPLANTI | FED.az
18:41 17 Mart 2020

Azərbaycan Hökuməti sahibkarlara dəstək üçün təkliflər hazırlayır

FED.az xəbər verir ki, Prezident  İlham Əliyevin tapşırığı ilə martın 17-də Baş Nazir Əli Əsədovun yanında iqtisadi məsələləri müzakirə etmək üçün hökumətin  iclası keçirilib.

İclasda koronavirus pandemiyasının qlobal miqyasda yaratdığı neqativ mühitin Azərbaycan iqtisadiyyatına mümkün təsirləri və qabaqlayıcı tədbirlər haqqında müzakirələr aparılıb.

Hökumətə tapşırılıb ki, 1 həftə ərzində ticarət, ictimai iaşə və nəqliyyat sahələrində tətbiq edilən məhdudlaşdırıcı tədbirlərin təsiri nəticəsində sahibkarlara dəyə biləcək itkilərin minimuma endirilməsi üçün, dövlət tərəfindən müxtəlif formalarda dəstək  verilməsi də daxil olmaqla təkliflər paketi hazırlasın.

Digər xəbərlər