Biznes

icaze.e-gov.az-dan iş icazəsi alan fərdi sahibkar sosial ayırma ödəməlidir?

icaze.e-gov.az-dan iş icazəsi alan fərdi sahibkar sosial ayırma ödəməlidir? | FED.az
14:07 25 İyun 2020

FED.az biznes portalı Mks.az-a istinadən icaze.e-gov.az-dan iş icazəsi ilə bağlı yazını təqdim edir:

Eləcə də bax: “icaze.e-gov.az-dan icazə yalnız işə gedib-gəlmək üçündür”

 Suallardan biri də, icaze.e-gov.az-dan iş icazəsi alan fərdi sahibkarların sosial ayırma öhdəliyi haqqındadır. Sual ondan ibarətdir ki, vergi ödəyicisi sərt karantin rejimində icaze.e-gov.az-dan iş icazəsi alıb, ancaq gəlir və ya dövriyyəsi olmadığı halda sosial ayırma hesablayaraq dövlət büdcəsinə ödənişlər etməsi tələb olunur. Bəzi mütəxəssislər hesab edirlər ki, vergi ödəyicisi vergi bəyannaməsində iyun ayı üzrə dövriyyə və ya gəlir qeyd etmədiyi üçün sosial ayırma da hesablamamalıdır.

 Bildiririk ki, sərt karantin rejimində gündəlik sərbəst hərəkət xətrinə icaze.e-gov.az-dan iş icazəsi alanlar nəzərə almalıdırlar ki, vergi orqanı həmin dövr üçün fərdi sahibkarlardan sosial ayırmanın hesablanmasını tələb edə bilərlər. Çünki sosial qanunvericiliyə əsasən, fərdi sahibkarlar üçün sosial ayırmanın hesablanması üçün gəlir və ya dövriyyə yox, fəaliyyət göstərməsi əsasdır.

Mümkündür ki, fərdi sahibkar fəaliyyət göstərdiyi iyun ayında hər hansı mal və (və ya) iş (xidmət) təqdimi həyata keçirməyib və ya qarşı tərəfdən hər hansı ödəniş daxil olmayıb . Amma vergi ödəyicisi fəaliyyət göstərdiyi üçün "Sosial sığorta haqqında" AR Qanununun tələblərinə əsasən, sahibkarlıq fəaliyyəti üzrə – minimum aylıq əməkhaqqının tikinti və ticarət sahələrində 25 faizi, digər sahələrdə isə 15 faizi miqdarında sosial ayırma hesablayaraq dövlət büdcəsinə ödənilməsini təmin etməlidir.

Bu səbəbdən də, fərdi sahibkar olan vergi ödəyicisi özü və (və ya) işçiləri üçün icaze.e-gov.az-dan iş icazəsi aldıqda, sosial ayırmaları hesablamaq öhdəliyi yarandığını da unutmamalıdır.

Vergi Məcəlləsində və “Sosial sığorta haqqında” qanunda -02 iyun 2020-ci il tarixinə nəzərdə tutulan bütün dəyişikliklərin şərh edildiyi, Anar Bayramovun müəllifi olduğu “Vergi uçotu: A-dan Z-yə” kitabı

ARTIQ SATIŞDA

Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]

Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.

Digər xəbərlər

Banner