Banner

Biznes

IFC Azərbaycanda KLARA adlı yeni platforma - TƏQDİM EDİB

IFC Azərbaycanda KLARA adlı yeni platforma - TƏQDİM EDİB | FED.az
12:33 4 Okt 2019

Beynəlxalq Maliyyə Korporasiyası (IFC) Azərbaycanın kənd təsərrüfatı sahəsində risklərin idarə edilməsi üzrə "Klara" adlı yeni platforma təqdim edib.

FED.az xəbər verir ki, bu barədə qurumun baş mütəxəssisi Leyla Hüseynli Bakıda keçirilən “Mikromaliyyə Yol Kəsişməsində: Rəqəmsal Erada Dayanıqlı İnkişaf” mövzusunda 6-cı İnvestorlar Yarmarkası çərçivəsində təşkil olunmuş “Rəqəmsal Erada Risklərin İdarə Olunması Perspektivləri” mövzusunda plenar sessiyada məlumat verib.

Eləcə də bax: Yeni ildən yeni skorinq xidməti - İSTİFADƏYƏ VERİLƏCƏK

Onun sözlərinə görə, bu platformanın daxilində 40 məhsul var: “Hər bir məhsul aqrar sektorda risklərin idarə edilməsi üçün Azərbaycan reallığına uyğun mexanizm təqdim edir. “Klara” əməliyyat xərclərini 30-40% azaltmağa imkan verir”. 

Digər xəbərlər

Banner