Banner

Biznes

İkiyə bölünmüş şirkətin ünvanında ondan daha böyüyü yaradıldı

İkiyə bölünmüş şirkətin ünvanında ondan daha böyüyü yaradıldı | FED.az
15:21 31 May 2020

Ötən ilin sonu ikiyə bölünən logistik şirkət “RAM Ltd.” MMC-yə yaxın şirkət yaradılıb.

Eləcə də bax: “Nəxşicahan Holdinq” şirkətlər qrupuna yeni - ŞİRKƏT DAXİL OLDU

FED.az Banker.az-a istinadən xəbər verir ki, “RAM Ltd ilə eyni hüquqi ünvanda qardaşı Ramiz Razyevin adına “Technopack” Məhdud Məsuliyyətli Cəmiyyəti adlış şirkət təsis edilib. “RAM Ltd.” MMC isə Rza Fazilin adına qeydiyyatda idi.

“Technopark”-ın 13,944 manatlıq nizamnamə kapitalı olacaq.

Şirkət “RAM Ltd.” ilə eyni ünvanda, Bakı şəhəri Nizami r., Keşlə ŞTQ, Energetika ev.5.-də dövlət qeydiyyatına alınıb.

Xatırlatma!

Avropa və Rusiyadan Azərbaycana yük daşımaları ilə məşğul olan “RAM Ltd.” MMC bölünüb.

“RAM Ltd.” MMC tərkibindən bir hüquqi şəxsin ayrılması nəticəsində yenidən təşkil edilməsi, həmçinin iştirakçısı “Pera İndustries” MMC-nin Cəmiyyətdən çıxması ilə bağlı Cəmiyyətin nizamnamə kapitalının azaldılaraq hər birinin nominal dəyəri 500 manat olan 2 paydan ibarət 1000  manat həcmində müəyyən edilməsi barədə qərar qəbul edib.

Digər xəbərlər

Banner