Biznes

IMF Azərbaycanda ÜDM-in artım tempinə görə - PROQNOZLARINI AZALDIB

IMF Azərbaycanda ÜDM-in artım tempinə görə - PROQNOZLARINI AZALDIB | FED.az
09:55 16 Okt 2019

Azərbaycanda 2020-ci ildə ÜDM-in artım tempi 2,1% təşkil edəcəyi proqnozlaşdırılır.

FED.az xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (International Monetary Fund – IMF) dərc etdiyi yeni hesabatda deyilir.

Hesabata əsasən, 2019-cu ildə ölkə iqtisadiyyatı 2,7%, 2020-ci ildə isə 2,1% artacağı gözlənilir. Halbuki bundan öncə Fond ölkədə ÜDM-in artım tempini müvafiq olaraq 3,4% və 3,1% təşkil edəcəyini proqnozlaşdırırdı.

Qeyd edək ki, Azərbaycan hökumətinin proqnozlarına əsasən, bu il ölkə iqtisadiyyatının 3,2%, 2020-ci ildə isə 2,4% artacaq.

Apa

Digər xəbərlər