Biznes

İnd idə «reklam radarları» gəlir - 360° görüntüsü var

İnd idə «reklam radarları» gəlir - 360° görüntüsü var | FED.az
13:10 6 İyun 2018

Azərbaycanda qanunsuz reklamları aşkara çıxarmaq üçün «reklam radarları» işə düşəcək. FED.az xəbər verir ki, yeni fəaliyyətə başlayan Dövlət Reklam Agentliyinin Aydın İbadov bildirib ki, reklamlara nəzarət etmək üçün qurumun müfəttişləri yeni texnologiyalarla təmin ediləcəklər.

«Müfəttişlərin innovativ texnologiyalarla təchiz olunması istiqamətində görülən işlərin tərkib hissəsi olaraq, qurum üçün xüsusi hazırlanmış reklam səthini məsafədən ölçmə cihazı da tezliklə istifadəyə veriləcək»-deyə direktor bildirib. 

Reklamları aşkar etmək üçün bütün ərazini eyni vaxtda skan edə bilən cihazlardan da istifadə olunacaq: «Həmçinin ərazinin 360° görüntüsünü təsbit edən texnologiyaların istifadəsi reklam daşıyıcılarının tənzimlənməsi və nəzarətini asanlaşdıracaq. Bu istiqamətdə hazırda beynəlxalq təcrübə araşdırılır».

Direktor bildirib ki, yaxın vaxtlarda sualların operativ cavablandırılması, pozuntuları barədə telefon zənglərinin, müraciətlərin qəbul edilməsi üçün çağrı mərkəzinin fəaliyyətə başlaması da nəzərdə tutulur.

Digər xəbərlər