Banner

Biznes

İqtisadiyyat Nazirliyi verdiyi lisenziyaların - SAYINI AÇIQLADI

İqtisadiyyat Nazirliyi verdiyi lisenziyaların - SAYINI AÇIQLADI | FED.az
18:43 27 İyul 2021

Xəbərverildiyi kimi Azərbaycanda lisenziya tələb edən fəaliyyət növlərinin sayı iyulun 15-dən 36-ya endirilib.

FED.az-ın məlumatına görə, İqtisadiyyat Nazirliyi tərəfindən verilən (dövlət təhlükəsizliyi ilə bağlı lisenziyalar istisna olmaqla) lisenziyaların sayı 23-dür. Lisenziyaların verilməsi müddəti 15 gündən 10 iş gününə, dövlət rüsumunun məbləğləri 2 dəfə azaldılıb. Sellülar (mobil) rabitə xidmətləri istisna olmaqla lisenziyaların müddətsiz verilməsi müəyyən edilib.

Lisenziyalar 2015-ci il noyabrın 2-dən İqtisadiyyat Nazirliyi tərəfindən “ASAN xidmət” mərkəzləri vasitəsilə verilir. 2018-ci il martın 14-dən lisenziyaların “Lisenziyalar və icazələr” portalı üzərindən də verilməsinə başlanıb. Sahibkarların işinin daha da asanlaşdırılması məqsədilə ötən ilin fevralından lisenziyaların verilməsi KOB evləri vasitəsilə də həyata keçirilir.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən FED.az-a bildirilib ki, bu il iyulun 1-dək 11 min 18 lisenziya, o cümlədən “Lisenziyalar və icazələr” portalı vasitəsilə indiyədək 2059 elektron lisenziya verilib. İlin birinci yarısında Iisenziyalaşdırılan fəaliyyət növləri üzrə 731 lisenziya verilib ki, bunun da 621-i yeni, 47-si müddətsiz lisenziya blankı ilə əvəzetmə, 63-ü yenidən rəsmiləşdirmədir.

Ümumilikdə, verilmiş lisenziyaların 60 faizə qədəri, o cümlədən 2021-ci ildə verilmiş lisenziyaların 85 faizə qədəri yeni lisenziyalardır ki, bu da aparılan islahatların nəticəsi olaraq sahibkar fəallığını əks etdirir. Pandemiya ilə əlaqədar qlobal çağırışlara uyğun olaraq, elektron ticarətin artımı sürətli poçt fəaliyyəti üzrə verilmiş lisenziyaların artımına təsir edib, 2020-ci və 2021-ci ilin ötən dövründə 80-dan çox sahibkara sürətli poçt fəaliyyəti üzrə lisenziya verilib.

Banner
Banner

Digər xəbərlər