Biznes

İqtisadiyyat Nazirliyi ölkədəki - İQTİSADİ ARTIMDAN NARAZIDIR

İqtisadiyyat Nazirliyi ölkədəki - İQTİSADİ ARTIMDAN NARAZIDIR | FED.az
12:13 9 Dek 2019

“Azərbaycan vətəndaşları layiqli işlə təmin edilməlidirlər”.

FED.az xəbər verir ki, bunu Bakıda keçirilən "Kreativ Azərbaycan” portalının təqdimatında və “Yaradıcı və mədəniyyət sənayeləri: dayanıqlı inkişaf və məşğulluq üçün yeni imkanlar” mövzusunda panel müzakirələrdə iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova deyib.

Eləcə də bax:  Mikayıl Cabbarovun İqtisadiyyat Naziri kimi - İLK AÇIQLAMALARI - TAM MƏTN - VİDEO

O bildirib ki, kreativ sənayenin inkişafı tədricən Azərbaycanın iqtisadiyyatının inkişafında öz yerini tutacaq. Nazir müavininin sözlərinə görə, iqtisadiyyatın bir sıra sahələrində böyük nailiyyətlər əldə olunub və bunu bir sıra ekspertlər də vurğulayır.

S.Həsənova Azərbaycandakı iqtisadi artımın hökuməti qane etmədiyini və ölkənin qarşısında iki çağırışın durduğunu qeyd edib: “Bunlardan biri iqtisadi şaxələndirmənin sürətləndirilməsi, digər isə məşğulluğun təmin edilməsidir”.

Onun sözlərinə görə, ölkədə kiçik və orta sahibkarlığa (KOS) dəstək mexanizmləri mövcuddur və onların hesabına KOS-un xüsusi çəkisinin tədricən 70%-ə çatdırılması nəzərdə tutulur.

Qeyd edək ki, “Kreativ Azərbaycan” portalında müxtəlif tədbirlər barədə xəbərlər, iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən şirkətlər və fərdi şəxslər haqqında məlumatlar olacaq, yaradıcı sənaye istehsalçılarının şəbəkələşməsinə dəstək göstəriləcək. Portalın yaradılmasında məqsəd həmçinin Azərbaycanın yaradıcı məhsullarının “Kreativ Azərbaycan” brendi altında təşviq edilməsidir. 

 

Digər xəbərlər