Biznes

İri ticarət mərkəzləri açıla bilər - RƏSMİ

İri ticarət mərkəzləri açıla bilər - RƏSMİ | FED.az
18:10 9 May 2020

“Böyük ticarət mərkəzlərinin açılması gündəmdədir”.

FED.az xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahda bu gün keçirilən brifinqdə çıxışı zamanı deyib.

“Bununla bağlı müzakirələr aparılır. Böyük ehtimalla bu ayın sonuna qədər açıla bilər. Amma açılsa iri ticarət mərkəzlərin içərisində yolxuma riskinin artımına şərait yaradan əyləncə mərkəzləri və digər yerlərin fəaliyyəti dayandırıla bilər”, deyə TƏBİB sədri bildirib.

Digər xəbərlər