Biznes

“Kinoteatrlar pandemiyadan ən çox zərər çəkən sahələr sırasındadır”

“Kinoteatrlar pandemiyadan ən çox zərər çəkən sahələr sırasındadır” | FED.az
19:34 3 Avq 2020

"Kinoteatrlar və bu qəbildən olan sahələr pandemiyadan ən çox zərər çəkən sahələr sırasındadır”.

Eləcə də bax: "Restoran və mağazaların açılması məsələsi müzakirə olunur"

FED.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev deyib.

O bildirib ki, müraciətlər olarsa həmin sahəyə də yardımların ayrılması məsələsinə baxıla bilər: “İkinci hazırlanan iqtisadi yardım paketlərinə də qeyd olunan təsisatlar tərəfindən müraciət olduğu təqdirdə baxılacaq”.

Hikmət Hacıyev həmçinin bildirib ki, “Hazırda yay dövrüdür, müəyyən dövlət qurumlarının fəaliyyətində iş yükünün azalması müşahidə edilir”.O bildirib ki, yenə də işə çıxacaq işçilərin sayının müəyyən edilməsi müzakirə ediləcək.

Digər xəbərlər