Banner

Biznes

İsgəndər Xəlilovun Rusiyadakı şirkətində dəyişiklik

İsgəndər Xəlilovun Rusiyadakı şirkətində dəyişiklik | FED.az
14:21 28 Mart 2019

Azərbaycanlı iş adamı İsgəndər Xəlilov və onun oğlu Rəhman Xəlilova məxsus olan “Reilqo”  (“Railgo”, keçmiş “İSR trans”) şirkəti qeydiyyat ünvanını Başqırdıstanın paytaxtı Ufaya köçürüb.

FED.az xəbər verir ki, “Reilqo” şirkəti neft məhsullarından ibarət yüklərin dəmiryolu xətti ilə daşınması üzrə ixtisaslaşmış ən iri şirkətlərdəndir.

Şirkətin qeydiyyatının nə üçün Başqırdıstana köçürüldüyü açıqlanmır.

Kartoteka.ru-nun məlumatına görə, “Reilqo” MMC martın 7-də Ufada vergi uçotuna götürülüb.

Şirkətin 2019-cu il üzrə gəlirləri 27,55 milyard rubl (700 milyon manatdan çox – red.) təşkil edir, xalis gəliri isə 1,62 milyard rubl (43 milyon manata yaxın – red.) olub.

Qeyd edək ki, İsgəndər Xəlilov tanınmış azərbaycanlı biznesmendir. Bir sıra iri obyektlər, o cümlədən, “İSR plaza” hotelləri, “Hilton Baku” hoteli, “McDonald’s” restoranlar şəbəkəsi (Azərbaycanda) məhz Xəlilovlar ailəsinə məxsusdur.

Eləcə də bax: İlham Əliyev: “Dövlət sahibkarların yanındadır”

Digər xəbərlər

Banner