Biznes

Ceff Beyzosun sərvəti - 180 MİLYARD DOLLARI KEÇDİ

Ceff Beyzosun sərvəti - 180 MİLYARD DOLLARI KEÇDİ | FED.az
21:50 7 İyul 2020

Dünyanın ən varlı adamı Ceff Beyzosun sərvəti 180 milyard dollar həddini aşaraq rekord qırıb. Hazırda Beyzosun sərvəti 182 milyard dollara çatıb. Amazon şirkətinin qurucusun sərvəti yalnız son 24 saat ərzində 9 milyard 240 milyon dollar artıb.

Eləcə də bax: Bu yazı ləng qərarverənlər üçündür - CEFF BEYZOSUN «PMÇ.» METODU

FED.az xəbər verir ki, dünən ilk dəfə "Amazon"un səhmləri 3 min dollara qədər çıxıb. Şirkətin bazar dəyəri ilk dəfə 1,5 trilyon dollara yüksəlib. Dünənki əməliyyatlardan sonra Amazon, Google, Facebook və Apple şirkətlərinin bazar dəyəri 6,4 trilyon dolara çatıb.

AMAZON-DA 11% SƏHMİ VAR

Ceff Bezos bu il sadəcə 56,7 milyard dollar qazanıb. Milyarder iş adamının sərvətinin çox hissəsi onun "Amazon"dakı 11 faizlik payına düşür.

Şirkət Beyzosun sərvəti ilə bağlı suallara cavab verməkdən imtina edib.

Koronavirus epidemiyası bütün dünyanı iqtisadi böhrana aparsa da, aparıcı texnoloji şirkətlərin sahibləri sərvətlərini artırdılar. “Tesla” şirkətinin direktoru Elon Musk bu il sərvətinə daha 25.8 milyard dollar əlavə edib. “Zoom”un qurucusu Eric isə sərvətini 2 dəfə artıraraq 13,1 milyard dollara çatıb.

Həyat yoldaşı ilə birlikdə ən varlılar siyahısında 12-ci yerdə

“Amazon”un 4%-lik payı ilə Ceff Beyzosun həyat yoldaşı Mackenzie Beyzos 56.9 milyard dollar sərvəti ilə Bloomberg'in milyarderlər indeksində 12-ci pillədə yer alır.

Epidemiya ən çox təsir etdiyi “Zara”nın da daxil olduğu “Inditex”in İspan sahibi Amancio Ortega olub. Ortega 19,2 milyard dollar itirib. İnvestor Warren Buffettin sərvəti 19 milyard dollar, ən varlı avropalı Bernard Arnaultun sərvəti isə 17,6 milyard dollar azalıb.

Digər xəbərlər

Banner