Biznes

Kafe sahibi 1500, müştərilər 100 manat cərimələndi - FOTO,VİDEO

Kafe sahibi 1500, müştərilər 100 manat cərimələndi - FOTO,VİDEO | FED.az
16:49 4 İyul 2020

İyulun 4-də Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbir nəticəsində Pirşağı qəsəbəsindən yerləşən “Balıq evi” kafesinin karantin qaydalarına zidd olaraq fəaliyyət göstərdiyi aşkar olunub.

Eləcə də bax: Abşeronda qanunsuz işləyən dərzi sexlərində - 56 NƏFƏR CƏRİMƏ EDİLDİ - FOTO - VİDEO

FED.az xəbər verir ki, DİN-dən "qafqazinfo"ya daxil olan məlumata görə, polislər tərəfindən obyekt sahibi Mehdi Əliyev və orada olan 7 nəfər müştəri saxlanılaraq polis bölməsinə gətirilib. Bölmədə obyekt sahibi və müştərilər polislər tərəfindən tibbi maskalarla təmin ediliblər.

Karantin qaydalarını pozan obyekt sahibi İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə 1500 manat, müştərilərin hər biri isə 100 manat məbləğində cərimə olunublar.

 

Digər xəbərlər

Banner