Banner

Biznes

KOBİA 2019-cu ilin maliyyə - HESABATINI AÇIQLAYIB

KOBİA 2019-cu ilin maliyyə - HESABATINI AÇIQLAYIB | FED.az
19:19 9 May 2020

Kiçik və Orti Biznesin İnkişafı Agentliyi (KOBİA) 2019-cu ilin nəticələri üzrə hesabatını açıqlayıb.

Fed.az xəbər verir ki, ölkədə kiçik və orta biznesə dəstək funksiyasını yerinə yetirən agentlik ötən il 7 milyon 668 min 934 manat gəlir əldə edib. Bu 2018-ci ilin göstəricisindən 61 dəfə artıqdır.

2019-da Agentliyin xərcləri də bu məbləğdə olub.

Belə ki, ötən il agentliyin material ehtiyatları xərci 135,8 min manat (ötən illə müqayisədə 8,3 dəfə artıq), amortizasiya xərcləri 314,5 min manat olub.

Ötən il Agentlik işçi heyətinə 4 milyon 658,5 min manat və ya əvvəlki illə müqayisədə 4,2 dəfə artıq məbləğ ödəyib.

Agentliyin digər əməliyyat xərcləri 2 milyon 559,3 min manat təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 5,4 dəfə artıqdır.

Nəticədə KOBİA 2019-cu ili mənfəətsiz başa vurub. Xatırladaq ki, Agentlik ötən ili 1 milyon 465,6 min manat zərərlə başa vurmuşdu. 

Digər xəbərlər

Banner