Biznes

Kolbasa şirkətinin "Halal" sertifikatı - LƏĞV EDİLİB

Kolbasa şirkətinin "Halal" sertifikatı - LƏĞV EDİLİB | FED.az
16:10 14 Noy 2019

“PAYIM” kolbasa və sosislərin istehsalçısı “Al-SANA” şirkətinin “Uyğunluq Sertifikat”ları ləğv edilib.

FED.az xəbər verir ki, buna səbəb olaraq “halal olmayan mal və toyuq ətindən, kimyəvi qatqılardan istifadə” göstərilir.

Eləcə də bax: “Payım” kolbasa və sosiskalarının - “HALAL” SERTİFİKATI LƏĞV EDİLİB? - AÇIQLAMA

AZS 731-1-2015 saylı HALAL QİDA Dövlət Satandartının 5.2., 5.3., 5.9. və 5.11.  maddələrinin tələblərini kobud şəkildə pozaraq “PAYIM” Əmtəə Nişanlı kolbasa və sosislərin istehsalında halal olmayan mal və toyuq ətindən, kimyəvi qatqılardan istifadə etdiyi üçün tərəfimizdən “Al-SANA” Məhdud Məsuliyyətli Cəmiyyətinə verilmiş 28 dekabr 2017-ci il tarixli AZ031.14.01.07848.17, AZ031. 14.01.07849.17, AZ031.14.01.078450.17, AZ031.14.01.07851.17 saylı “Uyğunluq Sertifikat”-ları ləğv edilmişdir.

Bu bardə  “AzeSERT HALAL” MMC Sertifikatlaşdırma Orqanının rəhbərliyindən bildirilib.

Qeyd edilib ki, “PAYIM” Əmtəə Nişanlı kolbasa və sosislərin üzərində “HALAL” Əmtəə Nişanından istifadə etmək “AL-SANA” MMC-ə qadağan edilmişdir.

“Bundan narazı qalan “AL-SANA” MMC məhkəməyə müraciət etmişdir. Məhkəmənin qəbul etdiyi yekun Qərardad ilə Sertifikatlaşdırma Orqanı olaraq “AzeSERT HALAL” MMC-nin yuxarıda adları sadalanan sertifikatların ləğv edilməsinə dair 27 sentyabr 2019-cu il tarixli Qərarın icrası qüvvəsində saxlanılmışdır.

“AL-SANA” MMC-nin qeyd edilən qanunazidd əməllərinə hüquqi qiymət verilməsi üçün tərəfimizdən müvafiq orqanlara müraciətlər edilmişdir”.  

 

Digər xəbərlər