Banner

Biznes

“Könüllülər ili”nə kiçik biznes sektorundan - MARAQLI DƏSTƏK

“Könüllülər ili”nə kiçik biznes sektorundan - MARAQLI DƏSTƏK | FED.az
19:32 29 May 2020

Marsol şirkəti Korporativ Sosial Məsuliyyət (KSM) prinsiplərinə sadiq qalaraq könüllü olmaq istəyən, könüllü kimi fəaliyyət göstərən tələbə və gənclərin yay tətilini səmərəli keçirmələri məqsədi ilə maraqlı bir aksiyaya başladığını elan edib.

Eləcə də bax: Gələcək milyonçular üçün ən perspektivli sahələr - TƏDQİQAT

FED.az xəbər verir ki, şirkətin sosial şəbəkə hesabı üzərindən paylaşdığı müraciəində qeyd edilir ki, bildiyiniz kimi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 30 dekabr 2019-cu il tarixli Sərəncamı ilə 2020-ci il ölkəmizdə “Könüllülər ili” elan edilmişdir.

“Könüllülər ili”nə töhfə vermək məqsədilə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə Dr. Nadir Adilmanın müəllifi olduğu  “Könüllünün öz/əl kitabı” kütləvi tirajla nəşr edilmişdir.

KOBİA–nın başladığı bu nəcib işə qoşularaq ölkəmizin müxtəlif bölgələrində yaşayan gənclər arasında könüllülük ideyalarının təşviq edilməsinə dəstək məqsədi ilə kitabların ödənişsiz əsaslarla çatdırılmasını öz sosial məsuliyyətimiz hesab edirik.

Müraciətdə qeyd edilir ki, KOBİA – nın dəstəyi ilə nəşr edilən bu kitabı əldə etmək istəyən şəxslərdən cəmi 1 addım atmaq tələb edilir:

► Adınızı, soyadınızı, yaşadığınız ünvanı, poçt indeksinizi və mobil nömrənizi dəqiq qeyd etməklə şirkətin mesaj bölümünə göndərin.

Kitablar “Azərpoçt” dövlət poçtu vasitəsi ilə tərəfimizdən qablaşdırılaraq sizlərə ödənişsiz əsaslarla göndəriləcəkdir.

Gənclərimiz və könüllülərimizlə qürur duyuruq mesajı ilə müraciətini bitirən şirkət estafeti Azərbaycanın amazonu olmağı qarşısına məqsəd qoyan LOGİX şirkətinə ötürüb. LOGİX şirkəti isə dgər 100 gəncə kitab “Könüllünün öz/əl kitabı”nı hədiyyə etməyi üzərinə götürməklə estafeti Logistika və Təchizat Mərkəzinə (LSC) ötürüb.

Bölgələrimizdən yüzlərlə gənc və könüllünün müəllif də daxil olmaqla kitabın nəşrinə məsul qrumlara müraciətlər etdiyini bilirik. Bu müraciətlərə isə qayğı ilə yanaşmaq hər birimzin mənəvi borcudur və kiçik də olsa bu işlərdə iştirakımızı Korporativ Sosial Məsuliyyətimiz hesab edirik deyə Marsol şirkətinin rəhbəri Tural Mustafayev Azfood.az-a açıqlamasında bildirib.

Digər xəbərlər

Banner