Biznes

Kosmetika şirkəti “Qara Cümə”də - 10 MİLYON DOLLAR İTİRDİ

Kosmetika şirkəti “Qara Cümə”də - 10 MİLYON DOLLAR İTİRDİ | FED.az
11:54 9 Dek 2019

Kosmetik şirkət olan Foreo “Qara Cümə”də 10 milyon dollardan çox vəsait itirib.

FED.az xəbər verir ki, üzə qulluq məhsulları satışını həyata keçirən “Foreo” şirkəti, “Qara Cümə” zamanı internet mağazasında baş verən texniki nasazlıq səbəbindən 10,8 milyon dollar ziyana düşüb. Texniki nasazlıq nəticəsində şirkətin ən bahalı məhsulu “Foreo” (UFO)nun qiyməti  279 dollardan 9,99 dollara qədər ucuzlaşıb – deyə şirkətin rəsmi bəyanatında deyilir.

Eləcə də bax: Azərbaycan şirkəti Dubaya - KOSMETİKA İXRACINA BAŞLAYIR

Texniki nasazlıq 29 noyabrda Avropa vaxtı ilə saat 21:30-da baş verib. Şirkətin 50 ölkəsində foreo.com internet mağazasında nasazlıq baş verib. Şirkətin internet mağazasında probplem baş verməmişdən 2 saat öncə 38 575 məhsul satılıb.

“Bəli biz 10 milyon dollar itirdik, amma bizim 40 min yeni müştərimiz yarandı. Bütün sifariş olunan məhsullar vaxtında sifarişçiyə çatdırılacaq”-deyə “Foreo” şirkətinin təsisçisi Filip Desica bildirib.

Eləcə də bax: “Qara Cümə”də ABŞ sakinləri – REKORD ALVER EDİBLƏR

“Foreo” İsveç kosmetik brendidir. Şirkət, üz üçün qulluq vasitələrindən başqa, xüsusi masqalar, yuyunmaq üçün vasitələr və elektriklə işləyən diş fırçaları satır.

 

Digər xəbərlər