Biznes

«Masterkart» təmsilçısı: «Pulun üstündə minlərlə mikrob var, koronavirus nağdsız ödənişlərə təkan verəcək - MÜSAHİBƏ

«Masterkart» təmsilçısı: «Pulun üstündə minlərlə mikrob var, koronavirus nağdsız ödənişlərə təkan verəcək - MÜSAHİBƏ | FED.az
16:20 1 Aprel 2020

Bütün dünyada sürətlə genişlənən koronavirus pandemiyasının müsbət tərəfi də varmış. Məhz bu təhlükə qarşısında və tətbiq edilən məhdudiyyətlər səbəbindən onlayn ödənişlər sürətlə artır. Ekspertlər bildirir ki, pandemiya dövründə əldə edilən vərdişlər və davranışlar özünü koronavirus təhlükəsi aradan qalxdıqdan sonra da göstərəcək. Bunlardan biri nağdsız və onlany ödənişlərdir.

Nağdsız ödənişlər sahəsində son trendlər, yeni həllər, onların Azərbaycanda tətbiqi və koronavirusun nağd ödənişlər sahəsinə göstərəcəy təsiri ilə bağlı FED.az-ın suallarını «Mastercard»ın Azərbaycan üzrə ölkə meneceri Erdem Çakar cavablandırıb.

- Bir qədər əvvəl ticarət şəbəkələrindən birində bir kampaniyaya başladıq. Bir il davam edəcək. Ödənişi «Masterkart» və ya «Maestro» ilə edən müştərilər lotereyada uduş şansı qazanacaq, təmassız ödəsələr isə 10 uduş haqqı qazanacaqlar. Hər ay 2 ən son «iPhone» qazanmaq şansı olur. Geri qalan 10 ayda isə «Lexus» son model avtomobil qazanacaqlar. Bunu niyə edirik, birinsiniz? Təmassız ödəmənin bizim şirkətə birbaşa faydası yoxdur, sadəcə istəyiri ki, insanlar kartla ödəmələrə alışsınlar.

- İnsanlar kartla ödəniş edirlərmi?

- Çalışırıq, kassirlərə də deyirik ki, sən də bu barədə məlumat ver, soruş ki, kartın varmı, təmassız ödəyə bilərsən və sair. İşi elə qurmuşuq ki, Kassirlərə də mükafat veririk. Məsələn, biz gizli müştəri kimi gəlirik, əgər kassir soruşsa, onlara telefon və ödənişlər veririk.

- Aha, bir dəfə məndən də təkidlə soruşmuşdular…

- Elədir, məqsədimiz insanların davranışını bir az dəyişdirmək, onları təmassız ödəmələrə öyrətməkdir. Bunu bütün dükanlarda edə bilmərik, çünki bütün obyektlərdə eyni intizamın olduğunu güman etmirik. Yəni burada bütün obyektlərdə soruşmayacaqlar ki, kartınız var və sair. Amma ticarət şəbəkəsindəki kassir bütün bunları soruşur. Bununla da davranışları çox yaxşı şəkildə dəyişdirəcəyimizi düşünürük. Doğrudan da dəyişmələr var. İki həftə əvvəl bura gəlib baxdım, bu proqram hələ başlamayanda hər kəs nağd ödəyirdi, bu gün baxanda isə görürəm ki kartla ödəyirlər, bu əladır.

- www.bilikli.net- «Masterkart»ın başqa əməliyyat şirkətindən fərqi nədir? İkisi də eynidirmi? Fərqi varsa nədədir?

- Mən həmişə deyirəm - bizim ən böyük rəqibimiz nağd ödənişlərdir. Çünki toplam ödəmələrdə nağdın payı böyükdür. Hətta kartla ödəmələrə baxanda, bunun 80%-i ATM-dən nağd pul çıxarma, yalnız 20%-i normal nağdsız ödənişdir. Bu kartla ödəmənin 10%-i mənim, qalan 10%-i rəqibin. Qarşıda hələ 80% pay var, bu da hamıya çatar. Ona görə də bizim hər zaman üçün ən byöük rəqibimiz nağd ödənişdir.

Elə bu səbəbdən 2017-ci ildə AMB «Nağdsız Azərbaycan» proqramına başlayanda onlara məsləhət xidmətini «Masterkart» verdi. Öz biliklərimizi və təcrübəmizi bölüşməyi qərara aldıq. Bizim biliklər kifayət etməyəndə isə Türkiyədən, başqa ölkələrdən qlobal ekspertlərimizi gətirərək proqramın yaradılmasına dəstək olduq və 2018-ci ildə bu 3 illik dövlət proqramı təsdiqləndi.

Amma yenə də «Fərqiniz nədir?» deyə soruşsanız biz bütün partnyorlarla çox yaxın çalışmağı sevirik. Yəni bu işdə bir az texnoloji dəstək, «nou hau», partnyorluq var. Bizim üstünlüyümüz bütün tərəflərlə - iş ortaqları, cəmiyyət, hökumət və sairlə birlikdə çalışmaqdır. Məsələn «Masterkart» adlı təbiqimiz var. Bunu nağd ödənişlərə qarşı edirik, və burada bizim kartla yanaşı, rəqibimizin də kartını da istifadə etmək olar.

Digər fərqimiz ondadır ki, biz Azərbaycan və Türkiyəni eyni bölgədən idarə edirik. Bir millət iki dövlət olduğumuzu göstəririk. «Masterkart» Azərbaycana gələn ikinci ödəniş sistemi olsa da, burada ilk ofisi də biz açmışıq burada. Ola bilər ofisimiz böyük olmasın, burada bir-iki nəfər görə bilərsiniz. Amma banklarda bizim konsultant komandalarımız keçən il ümumilikdə 6 layihə həyata keçirib.

- Həm Türkiyə, həm də Azərbaycanda işləyirsiniz, bu iki ölkədə kart sahiblərinin davranışında əsas fərq nədir?

- Belə deyək, biz yerli datanı görmürük. Ona görə də Azərbaycandakı xərcləmələri görmürük. Azərbaycana gələn xaricilər və xaricə gedən azərbaycanlıların kart davranışları ilə bağlı anonim şəkildə bir məlumatımız olur. Məsələn, Formula-1-də kimlər gəlib, hansı ölkələrdən gəlib və sair. Amma Azərbaycanda istifadəçi davranışlarını görmürük.

Türkiyə ilə bağlı bunu deyə bilərəm ki, Türkiyə bir kredit kartı bazarıdır. Türkiyədə insanlar bankdakı pullarını deyil, kredit kartındakı pulları xərcləyir, ayın sonu onu ödəyir. Bunun bir neçə səbəbi var. Birincisi alışqanlıq, ikincisi Türkiyədə taksit var. Yəni taksit edən şirkətlər çoxdur. Məsələn siz – azərbaycanlılar, restorana gedəndə debet kartla ödəyərsiniz, çünki cibinizdəki pul qədər xərcləyirsiniz. Amma bir soyuducu və ya mebel almağa gedəndə bunu birdəfəlik ödəməyiniz çətindir. Əvvəllər iş yerləri bunu illik qaytarardılar. İndi isə banklar bu şirkətlərə deyir ki, sən onun riskin alma, mən alım, sən mənə komissiya ver. İstəyirsən mən (yəni bank) sənə (yəni soyuducu satan şireətə) bu pulun hamısın bir gündə verim, istərsən, müştəri ödədikcə sənə ödəyim. Türkiyədə belə taksit hallar çox olduğu üün insanlar krelit kartında rahat istifadə edirlər. 

Azərbaycanda isə debit kartlar daha geniş yayılıb insanlar daha çox öz pullarını xərcləməyə üstünlük verirlər, amma kredit kartları verən banklarımız da var. Məsələn Yapı Kredi – «World kart» var. Amma bazarın böyük hissəsinn debet kartları olduğunu deyə bilərəm.

- Azərbaycanda ödənişərin hansı hissəsi posterminaldan və ya nağd keçir?

- Hələ də bazarın həcm baxımından yalnız 20%-i posterminaldan keçir, qalan 80% nağd ödənişlərdir. Amma bu məbləğ baxımından belədir. Əməliyyatların sayına gəlincə, əməliyyatların 40%-i postdan keçir. Çünki biz pulu nağd çəkəndə birdən-birə bütün pulunu çıxarırıq - 300-500 manat. Kartla ödəyəndə isə 5-10 manat xərcləyirik. Ona görə də kartla əməliyyatların sayının 40%-nin postdan keçməsinə baxmayaraq, əməliyyatların həcminin yalnız 20%-i posterminaldan keçir. Biz də bu davranışı dəyişdirməyə çalışırıq.

Maraqlı bilirsiniz nədir? - İnsanlar ATM qarşısında növbəyə dayanır, gözləyir, pulları bankomatdan çıxarır, sonra həmin pulla mağazaya girib ödəniş edirlər. Hansı ki, kartla da ödəmək olardı. Kartla ödəsə həm növbə gözləməyəcək, həm də pulu nağd çıxardığına görə komissiya ödəməyəcək. Biz bu məsələlərin həlli və izahı üçün çeşidli kampaniyalar aparırıq.

- Əslində, bu davranış olnunla bağlıdır ki, müştəri əmni deyil ki, gedəcəyi mağazada posterminal olacaq, ya yox. Məsələn mənim özüm bu halla üzləşmişəm. Bir məsələni dəqiqləşdirək – bizdə kartla təzəcə öyrəşməyə başlamışdıq – hamının cibində kartlar vardı, birdən təmassız ödəmə çıxdı, artıq telefonla ödəmə başlandı. «Masterkart»ın belə hədəfləri varmı, yoxsa kartdan kənar sahə artıq sizin deyil?

- Bizim hədəflərimiz var. Təmassız ödənişləri yaymaq üçün kampaniya aparırıq, ayrıca banklara da təmassız ödənişlər üçün təşviq veririk. Telefonla ödənişlər bizdə də bir neçə aya işə düşəcəak. Bu halda telefonla olan bir həllimiz var. Amma mən şəxsən, kartın həmişə cibdə olacağını düşünürəm. Bilirsiniz niyə? – Sədəcə, telefonun enerjisi bitə bilər, qarşı tərəfin təmassız ödəniş qurğusunda problem ola bilər və sair. Kart isə həmişə cibinizdədir. Hətta kartdan başqa da mən Bakıda olanda cibimdə nağd pul da saxlayıram, təxminən 20 manat. Çünki kart da işləməyə bilər. Amma biz telefona yatırım edirik. Təmassız ödənişlər həyatımızın bir parçası olmalıdır və Azərbaycanda daha da artacaq. İndi dünya da təmassız ödənişlərə gedir – uzağa getməyəcək, təkcə Gürcüstanda bütün ödənişğərin 90%-i təmassızdır. Hər yerdə - metroda, avtobusda, funikulyorda keçir.

- Bizdə də «Bakı kart» var, amma onu onlayn doldurmaq olmur, yalnız terminaldan mümkündür.

- O kartı buraya verin, baxın bizim iki həllimiz var. Birinci həll belədir Bu mənim iş yerimdən mənə verilən kart mən İngiltərədən gəldim, bu kartla gedib Ankarada, Rusiyada İngiltərədə, Gürcüstanda, Ukraynada və sairdə oxudub metroya daxil ola bilərəm. Bunun üçün terminalın üzərindəki validatorun buna uyğun gəlməsi lazımdır. Yəni təhlükəsizlik tələblərinə də cavab verməli, məlumatların qorunması üçün sertifikatı olmalıdır. Hazırda bu Türkiyədə 10-dan artıq şəhərdə var. Türklər, Azərbaycandan, İngiltərədən gələnlər, hər kəs ödəyə bilər. Metro, avtobus və sair. İstanbulda hələ yoxdur, amma Ankara, Qazieli, Qazientepdə, Adanada və sair var.

- Bəs ikinci həll nədən ibarətdir?

- İkinci həll belədir - bəzi yerlərdə o validatorların avtobuslara, metrolara və sair yerləşdirilməsi çətin olur, çünki onlar yenilənməlidir. Ona xərc tələb olunur. Məsələn, İstanbulda 10 min avtobus var, onların hər birinnə bundan qoymaq asan deyil, İzmir də onun kmi.

Amma biz İzmirdə belə bir həll tətbiq etdik - bir az əvvəl “Master best” tətbiqimizdən danışdıq. Burada bir kartımız var –bu kartla hər dəfə parol demədən ödəmə etmək olar. Biz İzmir üçün belə bir tanım sistmi yaratdıq. Bakıda da yaratmaq üçün Bakı Nəqliyyat Agertliyinə müraicət etmişik. Proqses belə gedir – “Master best” kartında məbləğ 1 manatdan az həddə düşəndə əsas “Master” kartımızdan 5 manat avtomatik alınıb buraya qoyulur. O zaman terminala tıkladıb pul yatırmaq tələb olunmur. Üstəlik itəndə də onu axtarmaq, bağlatmaq və sair tələb olunmur – gülə-gülə,  onsuz da iççrisində 2-3 manat olur.

- Bakıda BNA sizin təklifə nə cavab verdi?

- Biz AMB ilə birlikdə gelib anlatdıq, əməliyyat dəyişiklikləri tələb olunur, buna vaxt gedəcək, amma ediləcək, təqib edirik. İstanbulda isə bunun telefonda etmək olur.

- Kart ödənişlərinin inkişaf etməsinə koronavirus amilinin təsiri olacaqmı? Çünki insanlar artıq nağd ödənişlərdən qaçmağa başlayıblar. Virusun nağdsız ödənişərə ciddi təsiri olacaqmı?

- Çox gözəl məsələyə toxununuz. Dünyada kartla ödəmənin sıçrayışla artdığı bi vaxt 2003-cü ild SARS virusvu yayılanda oldu. O vaxt Honqonqda insanlar iki şeyi öyrəndilər – əl sıxışmasını atdılar və kartla ödəmələr kəskin artdı. Biz bir araşdırma aparmışıq, pulun üzərində o qədər mikrob var ki, əldən ələ gəzir. Mən hər dəfə əlimi pula vuranda əlimi yaxalayıram, çünki üzərində minlərlə mikrob var. Hələ də uşağıma pula əl vurmağa icazə vermirəm. Amma kartıma olar, buna yalnız mənim əlim dəyir. Ona görə də haqlısınız. Doğruur virus səbəbindən səyahətər və qlobal iqtisadiyyat zərər görə bilər, amma orta dövrdə bunun kart ödəmələrinə böyük faydası olacaq.

- Biz indiyədək yalnız sadə istehlaçılar barədə danışırıq. Amma verg ödəyiciləri və kiçik sahibkarların da sayı artır. Onlarn bir hissəsi bankı indi tanıyır, dövriyyələri də böyük deyil.  Belələri üçün həlləriniz və təklifləriniz varmı?

- Məsələ ondadır ki, kiçik dövriyyələr üçün posterminalların bir qiyməti var, bəziləri postermnial almaq istəmirlər, Türkiyədə bununla bağlı bəzi həllər var. Məsələn, daha sadə post terminalar verirlər - onlarda həcm üzərindən bir fiksə ounan komissiya haqqı olur. Və ya artıq yavaş-yavaş dünyada - mobil telefonun posterminal kimi istifadə edilməsi yayılmağa başlayır. Amma bu sadəcə təmassız işləmlər üçün keçərlidir. Bir də QR kodla ödəmələr ola bilər. Belə sabit bir QR olur, siz bank tətbiqini açırsınız, ya da bir başqa bir proqram. Sizin kartınız cib telefonunuzu görəcək ki, bu kartda ödəmə istəyirəm, üzərinə tıkladın əməliyyat həyata keçirilir. Amma bunun üçün bəzi məsələlər həll edilməlidir, biz də bunun üzərində çalışırıq.

Digər xəbərlər